🇦🇿Şəhid Balaş Cəfərov🇦🇿

gulu1096
🇦🇿Şəhid Balaş Cəfərov🇦🇿
foto

*🇦🇿Şəhidimiz Balaş Cəfərov 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur.*

Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.



*Unutmayaq! Unutmayaq!*