*🇦🇿Şəhid Azad Abbasov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Azad Abbasov🇦🇿*
foto

*🇦🇿Şəhid Azad Abbasov🇦🇿*

Həyatı.

Abbasov Azad Novruz oğlu 6 iyul 1977-ci ildə Göygöl rayonunda doğulmuşdur.

1992-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmiş, 1992-1995-ci illərdə təhsilini 2 saylı Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir

Hərbi xidməti.💂🏻‍♀️
1995-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra MAHHX HQ kimi fəaliyyətini davam etdirmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azad Abbasov xidmət etdiyi hərbi hissənin təırkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmış, Kəlbəcər rayonu istiqamətində vuruşmuşdur.

29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.🖤

Ailəli idi. Dörd övladı yadigar qalıb.😔

*Nur içində yat Şəhidim🖤*
_Unutmayaq!Unutdurmayaq!_

*Erməni vandallarına əsl Azərbaycanın kim olduğunu göstərək! Qarabağ Azərbaycandır! Və bu belə olacaq!✊🏻🇦🇿*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör