Şəhid Aqşin Quliyev

gulu1096
Şəhid Aqşin Quliyev
foto

🇦🇿SƏHİD AQŞİN QULİYEV🇦🇿


Həyatı

Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub.[1] 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb.

Hərbi xidməti💂🏻‍♀️

Azərbaycan Ordusunun kiçik giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

Təltiflər

🎖️ — "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

Tanıyaq tanıdaq✊🏻🇦🇿