Şəhid Aqşin Ağayev

gulu1096
Şəhid Aqşin Ağayev
foto

*🇦🇿 Şəhid Aqşin Ağayev*🇦🇿

*Həyatı*
Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı.

*Hərbi xidməti 💂🏻‍♀️*
Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.

2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, "Həmlə" Taborunun kəşfiyyatçısı olan Aqşin Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 oktyabr 2020-ci ildə *Füzuli* istiqamətindəki döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.





*Təltifləri*

🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)

🎖️— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)