*Şəhid Anası*

gulu1096
*Şəhid Anası*

Bir ana gözləri axtardı yolu,
Çox baxdı o yola, bilə bilmədi,
Doğma balasının şəhid xəbərin,
Eşitdi, özünə gələ bilmədi.

Axı necə gülsün, övladı öldü,
Qəbrinin üstünə çiçək düzüldü,
Ana qəbrə baxıb, qəlbən üzüldü,
Nur üzlü balasın, görə bilmədi.

Bilmədi neynəsin,ağlasın,gülsün,
Bu dərin kədəri, qəlbə bükülsün,
Ana kədərindən, istədi ölsün,
Nə qədər etdisə, ölə bilmədi.

Ana bu xəbərdən,saraldı soldu,
O gecə oğulsuz evdə tək oldu,
Yol çəkən gözləri bir anda doldu,
Gələcəm demişdi, gələ bilmədi.

Xəyalda oxşadı gözün, qaşını,
Ağ saçlar ananın aldı yaşını,
Samir anaların o göz yaşını,
Qəlbən oxşasa da, silə bilmədi.

Müəllif-Samir Qədirov