şəhid anası

admin
ŞƏHİD ANASI !
(Şəhid oğullarımızın əziz xatirəsinə ithaf edirəm)
Günəşli bir payız günü... Gūnəşin payız şəfəqləri təzəcə yeri isidirdi.Ərrəhman sədaları ilə ,bir tabut ciyinlərdə gedirdi.Bir gün əvvəl oğlu, şəhid olmuş ananın tabutu idi ,bu tabut..Šəhid oğluna qovuşmaģa gedirdi ,şəhidin şəhid anası...
Analar saç yorub, şivən qopardı,
Onların naləsi, göylərə çatdı.
Ana ruhu, şəhid ruhlar içində,
Təbiət qəmə batdı,ahlar içində...
Dünyaya oğul gətirib,övladını vətənə ,torpağa sevgi ilə böyüdən və bir gün əvvəl bircə oğlunu üçrəngli bayraqlarla torpağa tapşıran Lalə ana idi,bu ana…Bala acısına davam gətirməyən ,parçalanmış ürəyi ilə son mənzilə yola düşürdü…
Payız , yenicə qədəm qoysa da ,havaların isti keçməsi yayı xatırlardırdı.Havanın belə isti keçməsi ,hamı kimi lalə ananın da ürəyincə idi.Bu payız,hamı kimi Lalə anaya da,fərqli gəlmişdi. Bir neçə gündür ki,televizor qarşısından ayrıla bilməyən ana ,evdə qərar tuta bilməyib,həyətə çıxdı.Nəinki ev,həyət,bütün dünya ona sıxıcı və dar gəlirdi.Həmişəki kimi ,dua üçün ,əllərini göyə açıb ,başını havaya qaldıranda ,ürəyi sancdı.Səmada böyük qara bulud topası, olduğunu fərq etdi ,biixtiyar edəcəyi duanı ,dilindəki dua əvəz etdi:
- Allahım sən böyüksən,sən hər şeyə qadirsən! Yağışını,küləyini ,selini saxla!Saxla ki,səngərdəki balalarım batmasınlar!Buludunu dağıt,leysanını saxla!Üşüməsin balalarımız!Silah tutan əlləri soyuqdan titrəməsin !Allahım,torpağıma su çiləmə,batmasın əsgərimin dağa qalxan çəkmələri !Tanrım ,soyuğunu,boranını ləngit bir az,üşüməsin haqq və vətəni uğrunda vuruşan bəndələrin!Allahım ,sevgini onlardan əskik etmə!Sən ədalətlisən! Vətənimin oğulları ,haqq üğrunda,qədimi torpağı uğrunda döyüşürlər.Qoyma ki ,zalım düşmənin gülləsinə tuş gəlsinlər.-Lalə ana əlinin arxası ilə gözünün yaşını silib ,duasina davam etdi.-Yerin -göyün təlk sahibi ! Mənim övladım olmaqla,hər kəsin ovladını hifz et!Sənə slğınmışam..Sənə açılan əllərimi geri çevirmə.Mehmanım gələn günü ,qurban kəsib ,uşaq evindəki kimsəsiz uşaqlara, əllərimlə yedirəgəyəm.Mehmanımla ,sevdiyi ilə birgə…
Lalə ana ,başını səmaya qaldırıb ,hələ də görünən buluda baxıb ,sanki biri ilə danışırmış kimi yavaşca dilləndi:
Yağma yağış ,hələ dayan ,
Səngərlərdə əsgərim var.
Qarlı qışım,bir az yuban ,
Alınmamış torpağım var !
Hələ ali məktəbdə oxuyanda ,Mehmanın,qonşu Nazim kişinin qızı Sevgidə , gözü olduğunu çoxları bilirdi. Mehman hərbi xidmətdən gələndən bir müddət sonra, Sevginin “hə”sini , aldılar !
Lalə ana , fikrə dalaraq , Mehmanı isti yuvasından qoparan o günü ,yanağında donmuş göz yaşı ilə xatırladı…Rəngarəngliyi ilə təbiətə gözəllik verən payızın ilk günləri…Mehmanın hərbi xidmətdən qayıtdığı , bir neçə ay idi.
Günəşli payız səhəri…Goy otların üzərində parlayan şehlər ,Lalə ananın diqqətini cəlb etmişdi ,Necə də təbii və gözəl görünürdü ,Sanki qulaqdan sırğa asılmışdı.Lalə ana ,bu gözəlliyi pozmaq istəməsə də məcbur idi,axı inək üçün ot bicsin… Mehmanin anasını qəfildən səsləməsi, ananı təbiətlə baş-başa qalmaqdan ayırdi:
-Ana ,ay ana !Tez mənə bir loxma çörək ver,şəhərə gedirəm.
Lalə ana təəccüblə soruşdu:
-Nə əcəb ?
-Hərbi komisarlığa çağırblar!
Lalə ana sual vetməyə davam etdi:
-Ay bala,niyə?Yeni gəlmədin?
-Ay ana,suallar verincə,yemək ver ,tələsirəm..
Bir neçə saat keçməmiş ,Mehman şəhərdən qayıdıb gəldi.Atası Vüqar kişi də yanında idi,çox fikirli görünürdü,Atanın fikirli və narahat olması,ananın diqqətindən qaçmadı.Amma sualı, Mehmana verdi:
-Oğul,Mehman!,Nə dedilər ?
Mehman ,atası Vüqar kişiyə baxdı.Vüqar kişi,Mehmanın çiyninə əlini qoyub ,dedi:
-Gör nə qədər yaxşı xidmət edib ki,oğlunu yenidən çağırıblar .Və əlavə etdi:-Mehmanı 5-10 günlük hərbiyə çağırıblar!
Lalə çörək doğraya- doğraya , yarizarafat –yarıgerçək dilləndi
--Ot kökü üstündə bitər ,sənə şəkib də…Camaat 1-2 əsgərlik edəndə ,sən 5 il etmisən!
Vüqar kişi ,dərin fikrə gedərək,cavab verdi:
--Hə Lalə…Məcbur idim .Vətənimin dar günündə ,evdə otura bilməzdim.
Mehman başını qaldırıb , atasına elə fəxrlə baxdı ki...Özündən asılı olmayaraq,dodaqaltı pıçıldadı:
--İnşallah,yarımçıq qoyduğunuz işi, biz tamamlarıq!
--İnşallah!—Vüqar kişi ilə Lalə ana əllərini göyə açaraq ,birsəslə dua etsələr də,narahat baxışlarla bir-birinə baxdılar .
Lalə ana sankı,yuxudan ayıldı:
--İndi bu nə demək ?Yoxsa ,cəbhəyə gedirsən?
Lalə ana narahat baxışlarla əvvəlcə oğluna ,sonra ərinə baxdı.Vüqar kişi ,üzünü anaya tutub ,gülərək dedi:
-Sənə tam aydın şəkildə deməsək,suallarından çətin qurtararıq.Ay qız,Mehmanın sumkasını yığ,səhər gedir.Narahat olma ,demirəm bir neçə günlük gedir..Vüqar kişi,nigarançılığı aradan qaldırmaq məqsədi ilə ,gülərək əlavə etdi:
-Hərbi xidmətdən 10 gün tez gəlib ,o borcu verməyə gedir...Daha sual vermə ay Lalə, yaxşısı budur sən hazırlığını gör!
O gün,Lalə ana, daxilində nəyinsə qırıldığını hiss etsə də,bildirməmək üçün dillənmədi…
Mehman yeməyini tələ yeyib ,sürətli addımlarla pilləkəndən düşdü.Həyətlərini bəzəyən güllərdən ,ən ətirlisini seçib üzərək ,köynəyinin cibinə sancdı və həyət qapısından çıxanda ,başını geri çevirib yüksək səsl bildirdi:
--Darıxmayın !İndi gəlirəm.
Mehmanın bu hərəkəti, Lalə ananın yadına ,Mehmanın hərbi xidmətdən gəldiyi ilk günləri saldı. İndiki kimi yadında idi:
Hərbi xidmətdən gəldiyi 5 gün idi.Lalə ana həyətdə yun çırpırdı.Mehman pilləkənlərdən sürətlə düşəndə,Lalə ana səsə başını çevirib baxdı,Mehman sıliqəli geyinmişdi.Pilləkənin sağındakı divardakı güzgüyə baxıb , saçını əli daradı və sevinclə güllərə tərəf getdi.Anasına baxıb , bərkdən dedi :
--Nə gözəl güllərin var,ay ana!- böyük açmış bir gülü qopartdıb,qoxladı,gülün xoş qoxusunu ciyərinə çəkib əlavə etdi:
--Nə gözəl ətri var!Gül- gülə yaraşır ,hə ana?
Lalə ana xoşbəxtliklə gülümsədi ,cavab vernəyə macal tapmamış,Mehmanın zəif tonla zümzümə etdiyi mahnı ,həyətə yayıldı:
Ay ana ,ay ana ,dostum evlənir,
Bir gözəl,bir gözəl çiçək dərir .
Anacan ,mənim də gözüm,
Qonşuda,qonşuda bir çiçək görür...:
Mehman qapıya çatanda başını geri çevirib ,sevincli və yüksək səslə əlavə etdi:
--Anacan,özün fikirləs!...—Sanki ürəyindəkini anasına çatdırmaq istəyirdi..
Lalə ananı dərin düşüncəyə dalmışdı.Xəyal onu geri,Mehmanın hərbi xidmətdən qayıtdığı günlərə götürmüşdü.
Vüqar kişi Mehmanın arxasınca başını yelləyib ,gülümsündü.Əlini yalayan öküzün başını tumarlayaraq dedi:
-Allah qoysa qayıdar ,xeyirli toyunu edərik! Elə bu öküzü də ,Mehmanın toyu üçün niyyətlənmişəm.
Vüqar kişi ,Lalə anadan səs çıxmadığını hiss edib, təəcüblə anaya baxdı.Lalə ananın baxışı ,qapıya dikilib qalmışdı.Lalə ana başını şevirdi ,baxışlarını gizlətsə də ,Vüqar kişi onun gözlərindəki, kədərə çulğalanmiş sevinci gördü .Vüqar kişi Lalə ananı ,düşuncəli halından ayırmaq üçün səsinin tonunu qaldırdı:
--Ay arvad,burdasan?Sənləyəm ...Deyirəm ,Mehman daha üzə durub.Baş –göz etmək lazımdır.əlavə etdi -Vüqar kişi əlini yalayan öküzün başını sığallayaraq ,əlavə etdi:-Bu öküzü də toyuna kəsərik!
Lalə ana dərindən köks ötürərək , əlini səmaya açıb:
-Allah qoysa ,ay kişi...Allah muradına çatdırsın!
Çöx keçməmiş Mehman, pərt halda döndü və həyətə girər–girməz xəbər aldı:
-- Ay ana,Nazim dayıgildən xəbərin yoxdur?Haradırlar?Qapıları bağlı idi .
Lalə ana ,xəbəri olmadığını bildirdi. Özünü sual verməmək üçün , saxlamağa cəhd etsə də,dodaqaltı qımışıb, marağını bildirdi:
--Mehman, oğul,nə bərk lazım olub ?
--Ehh ana …Yenə sual ?-Gülərək əlavə etdi –Nazim dayını görəcəkdim.Axı səhər tezdən gedəcəyəm...
Lalə ananın üzündəki təbəssmü bir anda ayrılıqdan ,nigaranşılıqdan xəbər verən dərin kədər əvəz etdi...
O gecə,Lalə ana gözünü yuma bilmədi...Yeganə gecə idi ki,bitməsini istəmirdi .Tək sabah idi ki,açılmağını istəmirdi...Səbəbi nə idi axı?Nə idi axı, qəlbini bu qədər sıxan? Nə idi axı bu gedişi, başqa gedişlərdən fərqləndirən ? Mehman illərdir ki, evdən ayrı qalıb...Heç bir gedişi ,onu bu qədər narahat etməmişdi...
Gecə çox narahat olan Lalə ana ,obaşdan yerindən qalxdı.Hazırlıq görməyə əli getmirdi.Özünü qınaya –qınaya ,göz yaşını daxilində boğaraq ,Mehmanı yola salmağa hazırlıq görürdü...Əlləri titrəyir,sinəsində səsi boğulurdu...Bunu hiss etməmək mümkün deyildi.Mehman anasını, bu vəziyyətdən çıxarmaq üçün ,süfrə başından ayağa qalxaraq ,anasını qucaqlayaraq sinəsinə sıxdı:
--Anam ,canım mənim !Hazırlığını gör!Qayıdıb gələn kimi...-qızardı,arxasını deməyə ar etdi...
Lalə ana,əllərini göyə açdı:
--Amin ! İnşallah!
Lalə ana ,Mehman gedəndən saatlarla özünə gəlmədi.Vüqar kişi çox narahat olduğundan , onunla hərbi komissarlığa getmişdi.Lalı ana ,Mehman yenicə ayrılsa da,qoxusu,ətri üçün darıxdı.Yatdığı çarpayıya sarılaraq, balıncı qucaqladı...Və balıncın altında, əlinə nə isə dəydi.Qatlanmış, kağız parşası...Bir an belə düşünmədən açdı.Tərəddüd etmədən oxumağa başladı.
Salam Sevgi! Gedişim qəfildən oldu.Çox çalışdım səni görüm ,olmadı.Hardasan bilmirəm..Hətta yazdığım mesajları , belə oxumadın!Bu məktubu yazdım ki,bir yolunu tapıb verəm...O da olmadı...Deyəcəksin ki,nədən mesaj kimi yox,belə vərəqə yazmışam?Inan Sevgi ,bu sualın cavabını özüm də bilmirəm .
Ay Sevgi,deyirəm imkan düşmüşkən , ürəyimi boşaldım.Nə isə, bu gediş başqadır...Axı nə qədər torpaqlarımız işğal altında qalacaq?Nə qədər ,o cəlladlar mundar ayaqları ilə ,müqəddəs torpaqlarımızı əzəcəklər Qisaslar yerdəmi qalacaq! Əsla!Şuşamızın gözü yoldamı qalacaq Mümkünsüz!Axı nə qədər ,torpaqlarımız uğrunda canından keçmiş şəhid qardaşlarımızın ruhları rahatlıq tapmayacaqlar? O mənfur düşmənlər, bizim dədə -baba yurdumuzda yallı gedirlər! Buna dözməkmi olar ? Olmaz!Olmaz ay Sevgi!!
Yadına gəlir! Sənə , söz arası demişdim. Düzdür görməmişəm.Amma haqqında çox eşitmişəm.Xarı bülbül.Deyirlər məskəni Şuşanın Qızıl Qayası...Bax ,Xarı Bülbülü oradan dərib ,saçına sancmaq ən böyük arzum...Arzumun dalınca gedirəm Ay Sevgi..Ürəyimə damıb...Yuxuda da görmüşəm...Hələ əsgərlikdə olanda...
Artıq Lalə ana göz yaşından, məktibu oxuya bilmirdi.
Nə düşündüsə,əlində məktubla ,evdən çıxanda ,taqətsiz halda divara söykəndi və sürüşüb çöməldi.Oxuduğu sozlər qanına qarışıb , bütün vücudunu sixsa da , özünü danlamağa da güc tapdı...Axı bu məktub mənə deyil! Mehmanım sevdiyinə-Sevgiyə yazıb..Hisslər bir – birinə qarışmışdı.Dərin kədər, nisgil,böyük narahatçılıq,bir də vicdan əzabı,xəcalət!Göz yaşı yanağından süzülüb paltarının yaxasını islatmışdı.İkiyə qatlanmış cüt vərəği sinəsinə sıxmışdı...Bu anlarda çox sual keçdi ağlından..Oxusunmu,ya məktubu ünvanına çatdırsınmı? Niyə yazıb?Nədən telefona yox, vərəqə yazıb? Nədən bura qoyub , verməyib?Axırıncı sualını özü cavablandırdı: —Getdi , amma evdə olmadı da...
Çox çıxılmaz ,kədərli anı olsa da,məktubu oxuduğu üçün özü – özündən utanırdı.Qərar verdi.Düz olmasa da, Sevgini çağırım bura...Abır – həya etsə də...Deyim vəziyyəti,çatdırım halımı...Məktubu özümdə olmadığımdan,Mehman üçün çox narahat olduğum üçün oxuduğumu anladım...Axı ona aid olan hər bir şey mənə maraqlı .Lazım bilsə, gerisini özü oxuyar.
Lalə ana düşündüyünü etdi.Sevgi hədddindən çox sıxılsa da,məktubun gerisini ana üçün oxumağa qərar verdi.Bəli ,bu Sevgi üçün çox çətin idi.Hər şəhətdən...Sevgi ,titrək ,kədər seziləcək səslə məktubun davamını oxuyurdu :
Sevgi ,hər bir əsgər kimi ,mənim də arzum,işğalda olan torpaqlarımızın işğaldan azad olması idi.Yeganə gözlədiyimiz Ali Baç Komandanın əmri idi.O qədər bu əmri gözləyirdik ki, yuxuda belə savaşda olurduq. Yadımdadır yay idi..Hərbi xidmətimin müddətinin bitməyinə bir aya yaxın qalmışdı...Hərbi hissənin həyətindəki oturacaqda uzanıb ,ulduzlara seyr edərək düşünürdüm.Əsirlikdə qalan torpaqlarımız,el- obamız,bütün əsgərlər kimi mənim də yadımdan çıxmırdı. Bircə Şuşaya bayrağımız sancılsaydı..Torpaqlarımız azad olsaydı .Onda bir millət olaraq , mənən rahat olardıq!Narahat düşüncə ilə ,neçə yuxuya getdiyimi bilmədim...Hərbi hissəmiz Şuşanın ən gözəl məkanında idi...Sanki bir cənnət...Çəmənlik...Ha göz gəzdirirəm Xarı bülbülü görmürəm...Bu arada da düşünürəm ki,axı burada ermənilər olur...Bizim hissə necə burada yerləşə bilər?...Amma ,yenə də gözüm Xarı Bülbülü axtarır ...Yoxdur...Birdən ayağım daşa ilişir .Daş çevrilir...Altdan bir saralmış dəftər vərəqi çıxır...Dizimi yerə qoyub qatlanmış vərəqi götürdüm. Məktub idi...
Məktubdakı yazılar zorla oxunurdu :Mən daha sizlərə salam vermirəm...Bilirsiniz bu neçənci məktubum?...Düz 28 ildir yazıram...Eşitmirsiniz səsimi?...Necə qıydınız mənə?...Bülbülsüz çiçək olurmu?...Axı mən sizsiz bir heçəm...Bilirsiniz başıma nələr gəldi? Sizlər məni qoxlarkən,sinənizə,qızlar saçına taxarkən,pis insanlar məni harada gördüsə ,mundan ayaqları ilə əzdi,məhv etdi ..qopardılar sinəmdəki bülbülü.Ləçəklərimi bir – bir amansızca çıxartdılar,bəzən bütünlüklə əzdilər.Ləçəyimə qan sıçrayan vaxtlar da oldu...Sizlərin qanı...O gün mənim üçün çox dəhşətli oldu .Söz verdim ki,açmayağam.Düşmən üçün bəzəməyəcəyəm çölü-çəməni...Mən sizlər kimi etibarsız olmadım...O,pis insanlar üçün açmadım...Bildim ki,siz məni olduğunuzu köç etdiyiniz yerlərdə bitirmək istədiniz...Daşımaq istədiniz,gözəlliyimi,qoxumu...Amma dönük deyiləm...Mən hər məktubumda yazmışam.Yenə deyirəm.Mən sizi ,öz doğma elimdə,torpağımda,vətənim Şuşada gözləyirəm...Artıq dözə bilmirəm...Səbir kasam dolub..Əlim olsa vuruşaram ki,sizə qovuşam...Doğmalarım,canlarım,sizləri gözləyirəm...Tez gəlin!Qovun bu mundarlar!ı...Gec qalsanız,məni tapmayacaqsınız!!!!!
Məktubu bir də oxumaq istəyirdim,amma bacarmırdım.Sevgi,deyirlər yuxunun rəngi olmaz,amma mənim gözümdən yaş rəngli, al- qırmızı, qan rəngində idi ...Məktub əlimdə Xarı Bülbülə dönmüşdü...Amma qan rəngində...üstündə yaş damlaları...Qəlb parçalayan,illərin həsrətini özündə çəmləşdirən,umu-küsülü yuxudan,əsgər yoldaşım Eminin səsinə oyandım.
--Ay Mehman ,ay qardaş, burada niyə yatırsan ?-Qayğıkeşliklə iradını bildirdi—Axı soyuqlayarsan!
Emin ,mənim ağladığımı hiss etdi...Qaranlıq olduğundan,gözümün yaşlı olub- olmadığını əli ilə yoxladı və ...
--Ay Mehman,sən ağlayırsan ?Niyə? Kişi də ağlayar ?
Mən içimi cəkə-çəkə ,əlim ilə göz yaşımı silərək ,ağlamağımnın səbəbini izah etməyə çalışdım:
--Ay qardaş,mənim yerimdə kim olsa ağlardı ...
Kövrək səslə ,yuxumu ən yaxın əsgər yoldaşım olan Eminə danışdım...O da çox kövrəldi.Çiynimdən qucaqlayaraq dedi:
--Ay Mehman ,bilirsən ki,işğalda qalan torpaqlarımız,hər kəsin yaralı yeridir.Artıq bu yaradan qan axır və dayanmır .Söz verirəm bu mahnını Süşanın ən yüksək yerində ,əlimdə Xarı Bülbül sənin üçün oxuyacağam.Emin sözünü bitirib ,səsinin gücü çatdığı qədər oxudu:
Vətən bağı al- əlvandır
Yox içində Xarı Bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı ,sarı bülbül!
Mehman mahnının təsirindən özünə gəlmişdi ,ucadan dua etdi:
--Amin !Min dəfə Amin!!!
Emin, Mehmanın qoluna girərək, qayğılı səslə dedi:
--Gedək yataq! Az qalıb,əzəcəyik ilanın başını...
Sevgi ,mən yuxunu elə- belə görmürəm...Mən hərbidən yeni gəldiyimdən vəziyyəti bilirəm...Müharibə hər an başlaya bilər..Anama demədim ki,narahat olar...Artıq hamının səbir kasası dolub,torpaqlarımızı azad etməliyik!
İnşallah ,Allah qismət edər,Xari Bülbülü saçına sancaram...Sağlıqla qal!Anamdan muğayat ol!
Sevgi məktubu oxuduqca ,sözün əsil mənasında göz yaşını ürəyinə axıtdı...Birtəhər özünü ələ alıb,Lalə anaya baxdı...Lalə ananın rəngi sapsarı idi.Arxasını divara söykəyib, yıxılmasın deyə ,əlini Sevginin əlindən tutdu...Əlləri buz kimi idi...Sevgi ,anaya təskinlik verməyə çalışdı:
--Sakit olun! Görərsiniz yaxşı olacaq! Indi müharibə yoxdur ki...Deyir də...
Lalə ana elə o andan ,Mehmanın hərbi çarığışa getdiyi 5 gün olmasına baxmayaraq hələ də özündə-sözündə deyildi.Səhər saat 9 xəbərlərinə qulaq asa-asa çay dəmləyirdi.Ana eşitdiyini dəqiqləşdirmək üçün televizor olan otağa keçdi.Bəli,eşitdiyi doğru idi.Şübhələri doğru çıxdı.Müharibə başlamış...Ayaqüstə dura bilmədiyindən ,özünü divana zorla çatdırdı...
Öz -özünə deyinməyə başladı:
--Gözləyirdim ...Çünki ,məktub da onu deyirdi.Yoxsa birdən – birə nədən çağırsınlar.Axxx Mehman!!!!
Mehman gedəndən ,hər gün telefonla danışdığından ürəyi bir az rahat idi..
Amma yenə də daxilində ,böyük narahatçılıq yarandı.
Narahatçılığı da əbəs deyildi.Mehmanla telefon əlaqəsi kəsildi.Günlərin sayı artdıqca,narahatçılıqda birə -beş artırdı.Günlərdir ki,oğlundan xəbəri yox idi..
Lalə ananın ağlına gəlməzdi ki,Süleyman Rüstəmin həvəslə əzbərləyib "5"aldığı "Ana və Paçtolyan"poemasının qəhrəmanı olacaq! Yadında idi..Bu poemanı necə sevirdi,necə ürəklə,ananın keçirdiyi hissləri ,onu dinləyənlərə çatdırmaq üçün ürək qoyduğu..Amma nə biləydi ki,bu hissləri özü yaşayacaq.Süleyman Rüstəmin qəhrəmanının nələr yaşadığını indi tam hiss edirdi..
Lalə ananı ,payız gecəsinin soyuq küləyi üsütdüyündən,qara jaketinə bürünüb evə keçdi...
Ananın yuxusu ərşə çəkilmişdi..Yerinə uzansa da yata bilmədi.Suallar narahat ruhunu didib-parçalayırdı.Görəsən Mehmanım necədir?Əsgərlərə soyuq deyul ki?Necə və harada yatırlar?Vəziyyət necədir?
Lalə ana,Mehmandan elə çox nigaran idi ki,heç cürə rahatlıq tapmırdı.Qızgın döyüşlərin getməsi ,nigarançılığını daha da artırırdı..Gördüyü yuxu ,onun narahat ruhunu daha da məngənəyə saldı.Yuxusunu Vüqar kişiyə danışmağa qıymadı ,onsuz da yetərincə narahat və nigaran idi...Axşam gördüyü yuxu bircə an onu rahat buraxmırdı.Mehman bəy paltarında ,yaxasında qan ləkəsi...O ləkə ,narahat ürəyinə bıçaq kimi sançılmışdı.Əlləri səmaya açılı,dili dualı qalmışdı.Birgə oğlundan xəbər tuta bilsəydi..Lalə ana nə düşündüsə, birdən yerindən dik qalxdı ,ərinə bərk səslə dedi:
- Ay kişi ,sən necə atasan,bir get hərbi komisarlığa,maraqlan...Daha mənim ürəyim tab gətirmir.
Vüqar kişi ,televizoru söndürüb,yavaş səslə ,Laləyə cavab verdi:
-Yaxşı yataq! Sabah gedərəm.Amma,tək sənin oğlun deyil ki...İnşallah,sabah şad xəbərlə gələrəm..
Lalə ana əsəbi halda dilləndi:
-Elə rahatlıqla deyirsən ki...Sənin gözünə yuxumu gedir?Oğlun xain düşmənlə vuruşarkən…
Vüqar kişi ,səhər açılan kimi ,evdən çıxdı.Lalə ana ,səsi titrəyə-titrəyə ərinin arxasınca qışqırdı:
-Şad xəbərlə gəl,yaxşı?
Vüqar kişi,başını tərpədərək ,-inşallah dedi..
Vüqar kişi,komisarlığa ilk gələnlərdən biri idi..Hərbi komisarlıqda,onu çox hörmətlə qarşıladılar...
Komisarlıqda çalışan hərbçi-məsul şəxs ,Vüqar kişini qolundan tutaraq ,otağına apardı və bir an sükütdan sonra,sual verdi :
-Sizə zəng gəlməyib?Demişdim zəng etsinlər..Bir neçə saniyə ara verib davam etdi--Sizin oğlunuz böyük qəhrəmanlıq göstərib...Fəxr edin! Sizə necə təşəkkür edim bilmirəm…Belə qəhrəman,sücaətli,qorxmaz,vətənpərvər oğul yetişdirmisiniz Belə oğulları olan vətənin, torpağı işğalda qala bilməz.
Vüqar kişi,duruxdu,sual vermək istəsə də,səsi qırıldı..Birtəhər özünü toparlayıb,dedi:
-Xeyr,zəng gəlməyib !Mən özüm gəldim ki...
Yaxşı ki,gəlmisiniz! – Hərbçi danışığna davam etdi..Səsində qeyri- adilik var idi…Tərəddüd açıq hiss olunurdu—Onu da bilirəm ki, siz də birinci Qarabag qazisi olmusunuz.Döyüş yolunuz uzun,fərqli,mübariz olub.Sizin kimi mərd atanın,elə qəhrəman ,sücaətli oğlu olması təəccüb doğurmur…
Vüqar kişi yenə nə isə demək, soruşmaq istəsə də ,səsi qırıldı...
Hərbçi kədər seziləcək səslə dilləndi:
-Oğlunuz gəlib,xəstəxanadadır.
Vüqar kişi,gözləri böyümüş halda,yerindən qalxıb,təşvişlə soruşdu:
-Yaralanıb?
-Kaş ki...- dedi ...-Kaş yaralanaydı...
Xəbər verən hərbçini ,atanın bu dəhşətli xəbərdən necə haldan -hala düşməyi ,kövrəltdi..Əlindən tutub ,-Baş.sağ olsun,ata-dedi..
Hərbçi dərddən bükülmüş atanı ,gənc oğlana tapşırdı ;-Atanı xəstəxanaya apar,övladını görsün!
Bağışla oxucum...Bağışla ki ,torpağımız uğrunda canından keçmiş və böyük qəhrəmanlıq göstərən Mehmanın valideynləri keçirdiyi faciəli,ürək dağlayan ,ürəyi parça-parça edən hissləri sizə çatdıra bilməyəcəyəm...O hissləri sözlə ifadə etmək mümkünsüz...Nə sözün gücü çatar;nə də qələmin qüdrəti...
Demək olar ki,rayon və kənd əhalisinin yüksək faizi ,Vüqar kişinin ocağına,,Azərbaycan bayrağına bürünmüş Mehmanı, son mənzilə yola salmağa gəlmişdi...Xəfifcə külək,onlarla üçrəngli bayrağı ,Mehmanın tabutu ətrafında dalğalandırırdi.Həyətə dərin və hüznlü sükut çökmüşdü.
Mehmanın başına yığılan hər kəs Lalə ananın ,Vüqar kişinin qəminə, kədərinə ürəkdən ortaq idi…Lalə ana,arıq, damarları çıxmış əlləri ilə ,tabutdan bərk-bərk yapışmışdı.Sanki bu qüvvə ilə Mehmanlı anlarını uzatmaq istəyirdi .Bircə balası Şəhid olan ananın naləli səsi, gələn adamların hamısının ūrəyini qana döndərdi. -Ay camaat Mehmanım sinəsindən oxlanıb,kūrəyindən yox!!! Südūm sənə halal olsun oğulllllll!!!-deyib nalə cəkdi Lalə Ana.
Pilləkənin son pilləsində, divara söykənmiş Sevgi,Mehmanın şəklini sinəsinə sıxıb ,sakit- sakit ağlayırdı .Bu sakitlikdə , yarımçıq qalmış arzular,nakam sevgi var idi…
Hüzndə olanların ,kişi-qadın ,hər kəsi,dəhşət doğuran mənzərələrdən qəhərə boğuldu,yanaqlardan yaşlar süzüldü..
Şəhid anası-Lalə ana birdən ayağa qalxdı və bərkdən ,xırıltılı səslə əlavə etdi :
-Qohum-qardaşım,Mehmanın başına yığışan hər kəs!!!Deməyin ki,Mehmanın anası dərddən ağlını qaçırıb...Mehmanın gəlişi üçün qurban demişdim...Qoç tövlədədir..
Nə durmusunuz ,gətirin ayağının altında kəsin!Qayıdıb qəhrəmanım...Yığıb başına el-obasını.. Kəsin!!!!Nə olar kəsin!!-Mehmanım!!Mərd balam!Al yanaqlı bayrağa sarılan balam!
Lalə ana qəlb dağlayan,yanıqlı səsi ilə hər kəsi ağlatdı..Vüqara yaxınlaşıb sinəsindən tutub silkələdi :
-Sənə Mehmandan xəbər gətir dedim...Demədim ki ,tabutunu gətir...Etibarlı balam...Demişdin 10 günə qayıdacam..- Lalə ana ,yenidən tabuta sarıldı...-Can Mehmanım,can bala! -
Vüqar ata ,özünü ələ alıb,ananı tabutdan kənarlaşdlrdı..Tabut qaldırmaq üçün,Mehmanın dostları yaxınlaşıb,üstü üçrəngli bayraqla örtülmüş.tabutu qaldırıb çiyinlərinə qoydular.
Dərddən bükülmüş ana,qəddini düzəldib ,tabutu qaldıran gənclərin arasına girdi ,hıçqlrtılı səslə dedi:
-Oğullarım,mənə də yer verin;Mehmanımı son mənzilə özüm aparım...Amma 3-4 addım atmamış,dizləri qatlandı,çökdü yerə..Amma tabutun ağırlığından yox,dərdin ağırlığından …Dərdli ana ,huşunu itirdi...Hüznə yığılan qadınlar,Lalə ananı evə götürdülər...Bir neçə dəqiqə keçməmiş Lalə ana dikəlib oturdu.
-Ay analar,mənim bircə oğlum Mehmanın yoxdur artıq .Hə ,yoxdur!Qarışdı Vətən torpağına…
Bərkdən hönkürdü...Qadınlar sakitləşdirməyə çalışdılar.Lalə ana etiraz edırək ,batmış.səsi ilə danışmağa davam etdi:
-Qoyun dərddən yara bağlamış ürəyimi boşaldım..Bir daha balamı,bitcə oğlumu görə bilməyəcəyəm axı..Allahım al canımı...Bir daha onu oxşayıb,qoxusunu ciyərlərimə çəkməyəcəyəm.Bundan sonra,şəkillərlə,qara bağlanmış baş daşı ilə ovunacağam.Qürurum Mehmanım.Arzuları ürəyində qalan Mehmanım...Sənsiz dünya başıma dar olacaq! Zaman keçdikcə ,yaşayan ölü kimi olacağam.Həyat saçlarımın rəngi kimi rəngini dəyişəcək Mənasızlaşacaq,bacılar!.Can Mehmanım...Hər gün çəkdiyim ağrı-acı qırışlara çevrilib,üzümə dağılacaq!.Yox !!!Mehmansız yaşaya vilmərəm...Mehmansız nə ölə biləcəyəm,nə də yaşaya biləcəyəm...Allahım,məni Mehmana qovuşdur. ..Qovuşdur Allahım!!
Adətən az danışan ananı dərdin böyüklüyü ,dilə gətirmişdi...Birdən süst düşdü...Nəinki danışmağa ,tərpənməyə halı olmadı...
Dəhşətli günün səhərisi idi..Vüqar kişini səhərə yaxın yuxu tutmuşdu...Oyananda,Lalə ananı yerində görmədi.Tez yerindən qalxdı...Təlaşla hər yeri axtardı..Yox idi ki, yox! Hər kəs əl-ayağa düşdü..Lalə ana qeyb olmuşdu...
Vüqar kişi pilləkəndə oturub ,başını ikiəlli tutdu,çox çarəsiz vəziyyətdə ,kədərdən kiçilmiş gözlərini bir nöqtəyə zillədi.Vüqar kişi ,birdən duruxdu,öz-özünə sual vetdi..-Axı ,bu halda ,hara gedə bilər?
Sevginin atası ,Vüqar kişiyə yaxınlaşıb ,qayğıkeşliklə əlini çiyninə qoydu və çox yavaş səslə dedi:
-Ay Vüqar,ola bilər ki, qəbir üstünə getsin?
Taninmaz yaşlanan,dərdin böyüklüyündən iki bükülmüş Vüqar kişi , yerindən dik atıldı:
--Düz deyirsən ay Nazım! – doluxsunaraq əlavə etdi :--Ürəyimə düşmüşdü elə...
Vaxt itirmədən, bir neçə nəfərlə ,oğlu dəfn olunan qəbiristanlığa getdi.Vüqar kişi və onunla gedənlər ,gördükləri səhnədən , yerində donub qaldılar...Lalə ana ,Mehmanın hərbi paltarda olan şəklini qucaqlayıb ,bayraqla örtülmüş qəbir üstünə başını qoymuşdu.Vüqar kişi,olduğu yerdə torpağa diz qoyub çöməldi,ah- nalə ilə qışqırdı:
--Axxxx Lalə!!!!!!Elə bilirsən ki, mənə asandır?!!!!!.
Yenidən cəhd edərək ,iki əlini yerə dirəyərək,ayağa qalxıb,məzara yaxınlaşdı... Lalə ananı çevirmək istəyəndə,ananın cansız bədəni qollarına düşdü...Vüqar kişinin göz yaşı ,Lalə ananın yanağında donub qalmış göz yaşına qarışdı...Dodağı titrədi,nə isə demək istəsə də,deyə bilmədi...
Şəki şəhəri...Süleymanova Ümmü ...23.11.2020