*🇦🇿Şəhid Anar Vəliyev🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Anar Vəliyev🇦🇿*
foto

*🇦🇿Şəhid Anar Vəliyev🇦🇿*


Həyatı

Anar Vəliyev 2002-ci il iyulun 21-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub.

2008-2017-ci illərdə S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Hərbi xidməti💂🏻‍♀️

Anar Vəliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Anar Vəliyev oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Orta Salahlı kəndində torpağa tapşırılıb.🖤🕊️



Təltifləri🎖️

🎖️ "Vətən uğrunda" medalı (ölümündən sonra)
🎖️ "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

_Allah rəhmət eləsin🖤Unutmayaq! Unutdurmayaq!🕊️_