Şəhid Anar Məmmədov!

gulu1096
Şəhid Anar Məmmədov!
foto

🇦🇿ŞƏHİD ANAR MƏMMƏDOV🇦🇿

HƏYATI

Anar Məmmədov 1984-ci il iyun 6 da Saatlı rayonunun Azad kəndində anadan olub.

HƏRBİ XİDMƏTİ💂🏻‍♀️

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

TƏLTİFLƏR

🎖️ (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)


🎖️ (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

Tanıyaq, tanıdaq ✊🏻🇦🇿