*🇦🇿Şəhid Amid Əliyev 🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Amid Əliyev 🇦🇿*
foto

*🇦🇿Şəhid Amid Əliyev 🇦🇿*

*Həyatı*

Amid Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

*Hərbi xidməti💂🏻‍♀️*

Azərbaycan Ordusunun əsgəri olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

*Təltifləri •🎖️*

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️—"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️—"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️— "İgidliyə görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun nur üzlü şəhidim🥀😔_

*Unutmayaq! Unutdurmayaq!*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör