Şəhid Ağa Əmi Heybətov

gulu1096
Şəhid Ağa Əmi Heybətov
foto

🇦🇿ŞƏHİD AGAƏMİ HEYBƏTOV🇦🇿

HƏYATI

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəmi Heybətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ağaəmi Heybətov oktyabrın 16-da Goranboy rayonu istiqamətində şəhid olub. Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

HƏRBİ XİDMƏTİ💂🏻‍♀️

Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb. Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Turizm və otelçilik" fakültəsində alıb. Subay idi.

TƏLTİFLƏR

🎖️- "Vətən uğrunda" medalı (ölümündən sonra)

Tanıyaq tanıdaq✊🏻🇦🇿