*🇦🇿Şəhid Abbasov Bəşir *🇦🇿

gulu1096
*🇦🇿Şəhid Abbasov Bəşir *🇦🇿
foto

*🇦🇿Şəhidimiz Abbasov Bəşir Nizami oğlu 22.07.1998-ci ildə Quba rayonunda anadan olub.*

Hərbçi olmaq uşaqlıq arzusu olub. Əsgərlikdə XTQ-də xidmət edib. Sonra isə Qusar rayonundakı hərbi hissədə-XTQ-də xidmət edib.

Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəşir Abbasov Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhid olub.
Allah rəhmət eləsin.

*Unutmayaq! Unutdurmayaq!*