Samir Əliyev

gulu1096
Samir Əliyev
foto
Doğum tarixi
9 avqust 1999
Doğum yeri
Bakı, Azərbaycan
Vəfat tarixi
29
sentyabr 2020 (21 yaşında)

Vəfat yeri
Tərtər rayonu, Azərbaycan
Dəfn yeri
II Fəxri Xiyaban
Vətəndaşlığı🇦🇿 Azərbaycan
Samir Əliheydər oğlu Əliyev (9 avqust 1999; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
*Hərbi fəaliyyəti*
Mənsubiyyəti
🇦🇿 Azərbaycan Ordusu
Qoşun növü
Quru Qoşunları
Xidmət illəri
2020
Rütbə

 Leytenant

DöyüşlərVətən müharibəsi
 • Suqovuşan döyüşləri

*HƏYATI*

Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub.
 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
*Hərbi xidməti*

Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri
🎖️ (15.12.2020) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)
🎖️ (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)