şahbulağı qalası

sehranin guli
şahbulağı qalası
foto

Şahbulağı qalası 1751-ci ildə Pənahəli xan tərəfindən inşa edilmişdir.Şahbulağı qalası inşa edilərkən Xaçın məliyi Pənahəli xana mane olmaq üçün iki minə yaxın qüvvə toplayaraq, Ballıqaya adlı yerdə səngər qurdu və üsyan qaldırdı. Pənahəli xan əvvəlcə məsləhətlə ona başa salmağa çalışırdı ki, bu qalanın tikilməsi onun da ziyanına deyil. Onun inadına gördükdən sonra Ballıqayadakı səngərə hücum edib, üç günlük vuruşmadan sonra Xaçın məliyi məğlub etdi. Tezliklə Şahbulağı qalası şəhər halına salındı. Burada hamam, bazar, məscid, və s. zəruri binalar var idi. Qalanın qalığı Ağdam rayonundadır. Şahbulağı qalası Qarabağ xanlığının ikinci paytaxtı olmuşdur.

• Şahbulağı(Tərnəküt) qalası

(yazar:Sehranın gülü&Payız Ruhlu)