rüşvət alan müstəntiqlə bağlı açıqlama

besti18
rüşvət alan müstəntiqlə bağlı açıqlama
foto
Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yayılan məlumat təkzib olunur: "Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.

Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb".