rusiyada neftin ixrac rüsumu azaldılır

fidan19

Rusiyada neftin ixrac rüsumu azaldılır
fidanabbaszade tarafından Nisan 15, 2021 tarihinde yayınlandı
Bu ilin mayın 1-dən Rusiya neftinin ixrac rüsumu 2,7 ABŞ dolları məbləğində azaldılaraq bir ton üçün 54,9 dollar təşkil edəcək.

Goldnews.ml xəbər verir ki,”APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 mart – 14 aprel 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi “Urals” markalı neftin bir barel üçün orta qiyməti 61,89 (öncəki ay 64,35 dollar) və ya bir ton üçün 451,8 (öncəki ay 469,7 dollar) təşkil edib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada aprel ayı üçün neftin ixrac rüsumu 8 dollar artırılaraq 57,6 dollara çatdırılmışdı.rusiyada neftin ixrac rüsumu azaldılır
foto