rhone və arve çaylarının qovuşması

ilkane musayeva
rhone və arve çaylarının qovuşması
foto
Dünyanın hər tərəfində bir çox maraqlı yerlər var. Hər birinin də qəribə hekayələri var. Hamısı maraqlı görünüşlərə sahibdir və bəzilərinin necə yarandıqlarını izah etmək mümkün olmur. Bu yerlərdən biridə bir-birinə qarışmayan bu çaylardır. Rhone və Arve çayları İsveçrədə yerləşir. Və İsveçrənin ən mənzərəli yerlərindən biridir. Bu iki çay arasında müəyyən bir ziddiyyət var; biri mavi, digəri isə qəhvəyidir. Bunlar sıxlıq fərqinə görə heç vaxt tam qarışmırlar. Yalnız İsveçrədə yerləşən Cenevrədə nisbətən qarışırlar. Bu gözəl təbiət ecazkarlığının fərqinə varmamaq mümkün deyil. Bu mənzərəni görmək üçün ən yaxşı vaxt mart – iyun ayları aralığıdır.