Rəqs epidemiyası

gulu1096
Rəqs epidemiyası

1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində yaşayan orta təbəqədən olan Troffea adlı qadın evinin yaxınlığındakı küçədə hərəkət etdiyi zaman, qəfildən rəqs etməyə başlamışdır. Troffeanın bu rəqsinin dörd və ya altı gün davam etdiyi, bir həftənin tamanında isə rəqsə 34 nəfərin qoşulduğu məlumdur.
Rəqs edənlərin demək olar ki, hamısı dayanmadan və çox çılğın şəkildə rəqs etdiklərindən bir çoxu ürək-damar sistemində yaranmış problemlər səbəbindən yerindəcə vəfat etmişdir. 1518-ci ilin yay ayında baş vermiş hadisə nəticəsində ümumilikdə necə nəfərin vəfat etdiyi tam dəqiq deyil.
Tarixi sənədlərin demək olar ki, hamısında; şəhər əhalisinin qeydlərinə görə 1518-ci ilin yay aylarında Strasburq şəhərində sözügedən anormal hadisələrin baş verdiyini təsdiqləməkdədir. Hadisə qısa zamanda bütün imperiya ərazisinə yayıldı və hamı bəzi şəhər sakinlərinin hansı səbəbdən dayanmadan rəqs etdiklərini öyrənməyə çalışırdı. Kilsə tərəfindən həmin şəxslərin ruhlarının şeytan tərəfindən satın alındığı iddiası ortaya atılsa da, yerli həkimlər bu iddianı inkarı edərək, rəqs edən şəxslərdə yüksək qan təziqinin olmasını əsas gətirdilər.h