reinkarnasiyanın dinimizdə inkarı

maleka
Reinkarnasiya — (lat. reincarnatio) və ya metempsixoz (yun. μετ-εμψύχωσις) — ruhun təkrar qayıdışı və bədənlənməsi.
Ruhun, bir bədəndən digər bir bədənə keçişini qəbul edən batil inanca tənasüh ya da bu gün daha məşhur bilinən adıyla reinkarnasiya deyilməkdədir. Bu inanca görə, bədənlər ruhların qəlibləri kimidir; ruh, qəlibdən qəlibə, bədəndən bədənə köç etməkdədir, insan ruhu, cəsədini tərk etdikdən sonra, quruda, havada, yaxud dənizdə yaşayan hər hansı bir heyvanın bədəninə girməkdə, oradan da başqa bir heyvanın bədəninə, sonra, təkrar digər bir insanınkına girərək varlığını davam etdirməkdədir.
Hətta bəzi köhnə qövmlər, insan ruhunun, əvvəl mədənlərə, sonra bitkilərə, daha sonra insanlara keçərək bir dövr şəklində bir bədəndən digər bir bədənə hicrət etdiyinə inanmışlar. Fisagor, "Ruh, tamamilə maddəyə basqın gələnə qədər bədən dəyişdirər." deyərək bunu, bir fəlsəfi nəzəriyyə halına qoymağa çalışmışdır. Ta əvvəllərə qədər gedən bir görüş, daha çox sadə fikirli insanlar tərəfindən qəbul edilmişdir. Səmavi kitablara, inanmayan, peyğəmbərlərin təbliğlərindən uzaq olanlar, Allahu Azimüşşanın axirətdəki əbədi və daimi mənzillərini qavraya bilmədiklərindən, yaxud dar düşüncələrinə sığışdırmadıqlarından, fitrətlərindəki əbədiyyət səslənişlərini bu şəkildə susduracaqları və bu arzularını bu şəkildə təmin edə biləcəkləri zənniylə bu fikirə dalmışlar. Bu səhv inanca, zamanla fəlsəfi örtük geydirilmişdir.