Şəhidimiz Vüsal Şahmarlı

gulu1096
Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır.2014-cü ildə hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən Dördgünlük müharibədə iştirak etmişdir.2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.
▪️Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
🔹 *Şəhidlər Unudulmaz!*🥀
🔹 *Biz şəhidlərimizi qürurla anırıq*
🔹 *Şəhidimizi tanıyaq və tanıdaq*

çıxışlıq hal

admin
Ismin çıxış nöqtəsini bildirir.Dan,dən şəkilçisi ilə düzəlir.Bu şəkilçi də zərf düzəldən lek şəkilçi ilə omonimdir.Sonu m və n samitləri ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi qoşulduqda tələffüzdə dan [nan] kimi olur.Məsələn: atamdan [atamnan]
Qeyd: Yönlük, yerlik və çıxışlıq hallar eyni cümlə üzvü olduğu üçün onları qruplaşdırmağı düşündüm.Demək, kim? və nə? sualına şəkilçiləri qoşulduqda vasitəli tamamlıq, hara? sualına şəkilçiləri qoşulduqda yer zərfliyi olurlar.Xəbərlik şəkilçisi qəbul etdikdə isə cümlənin xəbəri olurlar(ismi xəbəri, ümumiyyətlə hal şəkilçiləri xəbər olduğunda ismi xəbər olur).
Ümid edirəm, bu material sizlər üçün faydalı olar.

Hörmətlə: Elvin Abdullayev
(yazar:abdullayev)

araşdırma məqaləsi

alisoy
İqtisadiyyat üzrə təhsil alan birinə araşdırma etmək həmişə lazım olur, ümumiyyətlə hansı mövzuda olursa olsun araşdırmalar günümüzün hər anında qarşımıza çıxır. Məsələn banka depozit kimi pul yerləşdirdiyimiz anda, maaşı hesablayan zaman, əlimizdəki nəğd vəsaiti xarici valyutaya çevirdiyimiz zaman, hansı bank kartının yaxşı olduğunu görmək üçün, mağazalar arasında təqdim edilən paltarlarının qiymətini müqayisə edərkən, hər hansı bir layihəyə başlayan zaman və.s. Təbii ki, bu araşdırmalar iqtisadi, maliyyə, statistik, müqayisəvi və.s kimi ola bilər. Ona görə də təkcə məqalə yazdığımız zaman yox, gördüyümüz bütün işlər zamanı araşdırmalar etməliyik. Lakin hər şeyin bir qaydası olduğu kimi, araşdırma etməyin də ədəb-ərkanı mövcuddur.

Ümumiyyətlə araşdırma apararkən ilk iş olaraq konkret bir mövzu seçmək lazımdır. Yəni ki, onu tədqiq etmək mümkün olsun. Məsələn sizə valyuta məzənnəsi barədə araşdırma lazımsa bunun üçün ölkəni seçib hər hansı bir tarixi aralıq müəyyən etməlisiniz. Çünki təkcə valyuta prosesini araşdırmaq sizə çətin gələcək və konkret bir nəticə əldə edə bilməyəcəksiniz. Mövzu seçimindən sonra araşdırmaya başlamaq olar.araşdırma məqaləsi
foto

Qəhrəmanlarımızı tanıyaq

sehranin guli
Qəhrəmanlarımızı tanıyaq
foto


Hər kəs tarixə adını yazdıra bilər, hər kəs özü ilə öyünə bilər, hər kəs deyə bilər mənim qəhrəmanlarım var , elə məsələn götürək erməni millətin öz həlak olmuş hərbiçilərin qəhrəman adlandırırlar. Mən sizə bu gündən əsl qəhrəman oğulları tanıdacam.
Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975- ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Polad Həşimov əslən Qəbələ rayonunun vəndam kəndindəndir. Orta təhsilini Sumqayıt şəhərində ilk öncə 28 nömrəli, daha sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Şəhidimiz ailəli idi, iki oğul, bir qız atası idi.
2003-cü ildə mayor qismində Heydər Əliyevin Sərancamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. 2009-cu ildə isə o,artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərancamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2014-cü il iyunun 25-də III dərcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov,2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli "Vətənə xidmətə görə "ordeni mükafatlandırılır. 2016- cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı , Talış qəsəbəsi uğurunda gedən döyüşləri aparan 1- ci Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2019-cu il iyunun 25-də Polad Həşimova general mayor ali rütbəsi verilir. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ordu Korpusunun Qərargah rəisi təyin olunur. General mayor 2020-ci il iyulun 14-də Tovuz istiqaməti zamanı baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. İyulun 14-də general mayor Polad Həşimovun nəşi ilk öncə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. Vida mərasimində Müdafiə naziri Zakir Həsənov, Müdafiə nazirinin müavini Ramiz Tahirov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Bakı Şəhər İcra Hakimiyyətin başçısı Eldar Əzizov iştirak etmişdir.
Sonda isə onu demək istəyirəm ki, Qəhrəmanlar unudulmalı deyil, unudulmur, unudulmayacaq...🇦🇿🇦🇿
(yazar:Eyyubova Zeynəb)

Maraqlı məlumatlar

gulu1096
Kolumbiyada tətbiq olunan ənənəyə çox çaşacaqsınız. Bu ölkədə bir cütluk evləndiyində, ilk gecələrini gəlinin anası ilə keçirmək məcburiyyətindədir. Cütün gərdək gecəsini, gəlinin anası yatağın kənarından izləyir. 

Mövludunuz mübarək Şəhidlərimiz

gulu1096


Şəhidlər günəş kimi nur çiləyir hər zaman,
Şəhidlər gedən yolu bağlaya bilməz tufan,
Şəhidlər el yolunda canını verib qurban.
Şəhidlər qanlarıyla boyayıblar torpağı,
Şəhidlər zirvələrə qaldırıblar bayrağı. Ruhunuz şad olsun 🥀Cənnət Mələkləri🇦🇿

bayrağım

admin
🇦🇿 BAYRAĞIM 🇦🇿

Bir kərə yüksələn bayraq bir daha enməz...
Məmməd Əmin Rəsulzadə
Həsrət ilə xəyallarda alışdığım, yandığım,
Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,
Vüsalını uyğularda cəfalarla sandığım,
Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,
O əzablı tale ilə qardaşlaşan bayrağım.
Başın üstə fəlakətlər əsib keçdi yel kimi,
Qabarman da, çəkilmən də dağdan aşan sel kimi,
Taleyin də dərdli imiş bu bəlalı el kimi,
İldırımlar başın üstən çaxıb keçdi, bayrağım,
Bəxt ulduzu göylərindən əsib keçdi, bayrağım.
Yetmiş ildə yağıların əyib bükdü belini,
O əzablı hekayətin yandırdıqca elini,
Bağladılar min bir yerdən qıfıl ilə dilini...
Haqq, ədalət döyülsədə bükülmədi, bayrağım,
Millət qanı nahaq yerə tökülmədi, bayrağım!

Kişilər üçün düşünülmüş, lakin qadın qarderobunda yer alanlar.

gulu1096
Kişilər üçün düşünülmüş, lakin qadın
qarderobunda yer alanlar.

Bu gün qadınların istifadəsində olan aksesuarların bir çoxu kişilər üçün düşünülmüşdür.
Dəb olduqca təəcübləndirən məsələdir.

Bir çox ləvazimatlar olduqca narahatdır. Bu səbəbdən də, rahatlığa daha çox önəm verən kişilər zamanla bəzi yenilikləri qadınlara həvalə etmişlər.

Uzun corablar
•İlk dəfə avropa kişiləri uzun corabları ərəblərdən kopyalamışlar. XIV əsrdən etibarən istifadə edilmiş və daha çox kalqotqaları xatırladırdılar.
İllər keçdikcə kişi şalvarları qısalmış və corablar uzanmışdır. Dəbin dirçəlişi illərində fərqli, bahalı materiallardan istehsal edilməyə başlanıldı və ipək saplardan istifadə edildi. Adi kişilər adətən qara corablardan istifadə edirdilər


Qarmaq bağlar
•Bəli, bəli. Qadın alt geyiminin bağlan- ması üçün istifadə edilən qarmaq bağlar məhz kişilər üçün kəşf edilmişdir.
Kəşfin müəllifi məşhur yazışı Mark Tven olmuşdur. O bu yolla kişi şalvarlarını bərkitməyi təklif etmişdir.
Bir müddət sonra bütün kişilər öz qarderoblarında bu kimi yenilikdən istifadədən imtina etmişlər. Lakin, qarmaqlar karsetlərin istifadəsi zamanı olduqca uyğun hesab edilirdi. Beləliklə, zamanla digər məqsədlərlə də istifadəsinə başlanıldı.

Hündür kabloklar
•İlk dəfə kabloklardan X əsrdə fars çaparları istifadə etməyə başlamışlar. Hündür kablokla olan çəkmələr onlara at sürərkən əllərinin sərbəst saxlamaqlarına və beləliklə rahat ox atmaqlarına yardımçı olurdu.
XVII əsrdə fransızlar onu dəbin mərkəzinə gətirmişlər. XIV Lui-nin dövrünsə sarayda yaşayanlar hündür kabloklara malik fərqli ayaqqabılar geyinməyə başladılar. Əlbətdə ki, ən önəmli məqsəd bacardıqca hündür görünməkdə idi.
Zamanla qadınlar sözü gedən yeniliyi hündürlük məqsədi ilə əldə etmədilər. Uzun geyimlərin altında gizlədilən ayaqlar onsuzda görünmürdü. Lakin, göründükdə belə kabloqlu ayaqqabıda ayaqlar daha incə görünürdü. Məqsəd yerlə olan əyaqqabıdan daha fərqli incə görünüşün əldə edilməsi ilə bağlı idi.

Çantalar
•Uzun zəncirlərdən asılan qadın çantaları ilk öncə kişilər üçün hazırlanmışdır. Orta əsrlər dövründə kişi cibləri məhs bu cür görünürdü.
Çantalar kəmərə bərkidilir və açarların, pulun və digər gərəkli əşyaların saxlanılması üçün istifadə edilirdi. O zamanlar bütün kişi geyimləri kimi çantalar da xüsusi bəzəklərlə bəzədilirdi.

İntim gigiyena üçün vasitələr
•Bəli, bu nüans da kişilərlə bağlı olub. İlk dəfə sellüloz nəmçəkən tamponlar birinci dünya müharibəsi zamanı əsgərlərin qanaxmalarının qarşısını almaq üçün yaradılmışdır. Eyni zamanda ondan həm də qaz əleyhinə maska kimi də istifadə etmişlər.
Lakin, hərbi hospitallarda çalışan tibb bacıları tez zamanda tamponların qadın gigiyenasında daha çox işə yarıyacağını anladılar. Müharibədən sonra kişilər arasında yaralanma halları azaldığından qadınların bu kimi gigiyenik təmizlik vasitəsinə marağı artdı. Nəticədə yaralar üçün nəzərdə tutulan tamponlar istifadə sahəsini dəyişdirdi

Mikayıl Müşfiq💜 şeirləri

gulu1096
📕 Mikayıl Müşfiq - Yağış yağarkən

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaхnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baхın, qaldırımlar.
Dönmələrdə durana baх, qaçana baх!
Qaldırımda o balaca oğlana baх!
Öz döşündən yеni sözlər toхuyaraq,
Ayağını şappıldadır oхuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi хali dеyil səksəkidən,

Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.

Еy gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şuх, çaqraq zamanıdır.
Yağ, yağışım, yağ sеl ol, yağ!
Sırma-sırma, tеl-tеl ol, yağ!
Çözül, sən ki kölgəli bir yar saçısan,
Bağrıyanıq səhraların əlacısan.

Yağ, yağışım, sеllənərək,
Sırmalanıb tеllənərək!

Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vеllən, yağış!
Bunlar kеçər, çarpın, səma, köksüm kimi,
Еy ildırım, səs vеr mənə, səsim kimi!
Yağ, еy yağış, fikrim кimi, hissim kimi,

Uzaq, yaхın çöllərə yağ,
Ölкələrə, еllərə yağ!

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

təhsil

alisoy
Çağdaş dövrümüzdə təhsilə olduqca çox önəm verilir. Yaşından, cinsindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs təhsil almalıdır. Ala bilər yox ALMALIDIR. Bəziləri çıxıb deyəcək ki, "bəlkə imkanı yoxdu". Normal haldı. Hər kəs milyarder olmalıdır deyə bir aksioma yoxdur və ola da bilməz. Lakin bit fakt vardır ki, təhsilə yönələn şəxsə, bu sahədə canını ortaya qoyan şəxsə inanın ki, şərait yaradılır. Təhsil-bir ailə başçısını övladları qarşısında acizlikdən xilas edir; təhsil-bir fərdi 4-5 nəfər arasında bisavad cavablar verməsinin qarşısını alır və s. Təhsillə bağlı çox izahlat vermək olar. Əsas toxunacağımız məsələ qadınların təhsil alması ilə bağlıdır. Hər kəsə aydındır ki, əvvəlki dövrlərdə, hətta hal-hazırda da qız uşaqlarının təhsildən yayınması halları tez-tez baş verir. Bu olduqca arzuolunmaz bir hadisədir. Niyə? Çünki bisavadlığa yol açır, acizlik əlamətini formalaşdırır, ətraf-mühitdən təcridə gətirib çıxarır.
Qız uşaqlarının təhsil alması şərtdir. Gələcəyin bir anasıdır hər bir qız uşağı. Övladına nə aşılayacaq təhsil almasa? Əlbəttə böyük bir HEÇ NƏ...
Məqsədim sizi yormaq deyil :)
Lakin bir faktı daha nəzərə çatdırmaq istəyirəm. İfadəmə görə çox üzr istəyirəm hər bir kişi həyat yoldaşını həkimə aparan zaman əmrlə bunu deyir: "Qadın həkim olmalıdır!" Yaxşı belə deyilirsə, nə üçün qadının təhsil almasına maneəçilik törədirlər??? Ən sonda bildirmək istəyirəm ki, Qadının təhsil alması şərtdir...təhsil
foto

Qəribə Çin adətləri 😀

gulu1096
*_Bəzən səyahətə çıxarkən bu “qaydaları” öncədən bilib, qeydə almaq çox faydalı ola bilər._*

_Məsələn, Çində kiminsə evinə qonaq gedərkən qətiyyən gül aparmayın – bu halda hesab ediləcək ki, onların evi sizin o dərəcədə xoşunuza gəlməyib ki, siz bu evə “gözəllik” əlavə etmək istəyirsiz. Həmçinin qonaqlıqda səssiz yemək – ev sahiblərini təhqir etmək deməkdir. Yeməkdən sonra süfrədə ləkələr qalsa, əksinə – demək xörəklər çox dadlı idi və siz onları iştahla yemisiniz. Çində etiket qaydalarına və adətlərə çox böyük önəm verilir, məhz buna görə ora gedərkən ən vacib qaydaları yadda saxlamaq lazımdır. Məsələn, əl sıxaraq görüşmək – burada ən çox istifadə olunan görüşmə qaydasıdır. Hədiyyə apararkən iti əşyalardan istifadə etmiyin – bu, münasibətlərin pozulmasına işarə edir, güllər – erkən ölüm simvoludur (güllər tez solur), burun dəsmalı isə dəfn mərasimi ilə bağlıdır. Dörd rəqəmi isə uğursuz və hətta dəhşətli rəqəm hesab edilir və bu sayda heç nə hədiyyə etmiyin. Hətta evlərin mərtəbələri 1-2-3-5-6-7-9… kimi sayılır. Çinlilərin adətinə görə, hədiyyəni qəbul etməkdən öncə ondan 3 dəfə imtina etmək lazımdır. Ona görə sizin hədiyyənizdən imtina etsələr, təəcüblənməyin – onların adəti bunu tələb edir._

Asəf Ağayev

gulu1096
Asəf Ağayev
foto
*Asəf Abid oğlu Ağayev*🇦🇿

*Şəxsi məlumatlar*
Doğum tarixi
24 noyabr 1993
Doğum yeri
Qax, Azərbaycan
Vəfat tarixi
17 dekabr 2020 (27 yaşında)
Vəfat yeri
Xocavənd, Azərbaycan
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Silahlı Qüvvələr
Qoşun növü
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri
2016—2020
Rütbə
Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png Baş leytenant
Döyüşlər
Vətən müharibəsi
• Cəbrayıl döyüşləri
• Şuşa döyüşləri
Təltifləri
"Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020
*📌Həyatı və hərbi xidməti*

*Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə buranı bitirmişdir. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.*

*2016-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlamışdır.*

*Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak etmişdir*.

*Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuşdur.*

*Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi*.

*📍Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi*.

hüseyn cavid-qız məktəbində

markalogiya
Hüseyn Cavid – "Qız məktəbində"

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Peki,sənin anan, baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Evet, zəngin, bəyzadə...
-Öyle ise, geydiyin geyim
neyçin böyle sade?
Yoxmu sənin incilərin, altun bilərziklerin?
Söyle, yavrum! Heç sıxılma...
-Var, efendim, var...
Lakin
Müellimem hər gün söylər,
onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...
Bu dünyada senin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən?
-Ən çox sevdiyim ilkin
O ALLAH ki, yeri-göyü,
insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra ONUN gönderdiyi elçilər.
-Başqa sevdiklərin nasıl,yoxmu?
-Var...
-Kimdir onlar?
-Anam, babam, müellimem
bir de bütün insanlar...

*🇦🇿Şəhid İlkin Kazımov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid İlkin Kazımov🇦🇿*
foto

*🇦🇿Şəhid İlkin Kazımov🇦🇿*

*Həyatı*

İlkin Kazımov 4 avqust 1995-ci ildə Astara rayonunun Artupa kəndində dünyaya göz açmışdır.

*Hərbi xidməti* 💂🏻‍♀️

Azərbaycan Ordusunun giziri olan İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

*Təltifləri* 🎖️

•🎖️"Vətən uğrunda" medalı (ölümündən sonra)
•🎖️"Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•🎖️"Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)

_Ruhun şad olsun şəhidim_🥀🖤

*Unutmayaq! Unutdurmayaq!*

ən yüksək kəndə gedək..

ilkane musayeva
ən yüksək kəndə gedək..
foto

Doğma yurdumuzun bir çox gəzməli, görməli yerləri var. Hansıki yalnız xaricilərin deyil, özümüzündə heyranlıqla gəzə biləcəyi guşələr. Bu gün sizlərə Xınalıq kəndindən danışacam. Biz həmişə xaricə getmə həvəsində oluruq. Məndə onlardan biriyəm. Amma fikrimcə hamımız heç olmasa bir dəfə ölkəmizin hər bir guşəsində olmalıyıq. Bu gün Xınalığa səyahət edək.
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Bu kənd 5000 illik tarixə malikdir. Kənd, Bakı şəhərindən 225 km məsafədə, Quba şəhərindən isə 57 km cənub-qərbdə yerləşir. Kəndin adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Xınalıq adı günəş çıxanda onun qarşısında yerləşən dağın rənginə uyğun verilmişdir. Kəndə yerli əhali öz dilində Kətiş deyir. Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın müxtəlif ölkələrindən də bu kəndi görməyə gələnlərin sayı çoxdur və artır.
Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.
Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir.
Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranmışdır. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur.
Xınalığın qəribə aurası var. Kəndə səyahət edənlər də sanki burda doğmalaşır. Xınalıq səyahəti zamanı tanış olan, münasibət quran və münasibətlərinin davamlılığını saxlayan neçə neçə insanlar, hətta burada ömürlərini birləşdirən çox insanda olub hansıki hərəsi dünyanın bir ucundan gəlib burda tanış olub ailə həyatı qurublar. Turistlərin eləcədə ölkəmizin müxtəlif bölgələrindən buraya gəlib, burda tanış olub evlənənlər çox olduğu üçün hətta bu kəndə “bəxt açan kənt” deyirlər.
Həmçinin burada fərqli toxuculuq texnikasınan istifadə olunur. Xınalıqda yun ilə toxunan şallar bütün regionunda məşhurdur.
Xınalıq Azərbaycanın qədimliyinin notlarını, arxaik çalarları özündə yaşadan tarixi yurdlarındandır. Dağlar zirvəsində yerləşən Xınalıq obası özündə ucalığı, böyüklüyü, mərdliyi və dəyanəti qoruyur. Tariximizin isə canlı bir parçasıdır.
Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, daş kitabələr, kitablar və daha bir çox əşyalar var. 12-ci əsr məscidi, 15-ci əsr məscidi və dağlar arasında bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər vardır. Erkən insanların bir çox qədim müqəddəs mağarası vardır. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlamışlar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir.
Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var.
Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri, Xıdır Nəbi piri və Qüllə pirləri vardır.
Bu yerlər müqəddəsləşdirilmiş ziyarət yerləridir. Xınalıq ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən qorunub saxlanmışdır.
Xınalıq öz dili olan yeganə kəntdir. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır. Ancaq, dilin həyatda qalmasına ümid var. 300 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçirilir.
Təmiz havasına görə Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.
Avqust ayı Xınalıqda bal mövsümünün başlanğıcı kimi qeyd olunur. Yerli bal unudulmaz dadı və iyi ilə fərqlənir. Yerli insanlar deyirlər ki, Xınalıq balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir. Payızda isə keçi əti mövsümünü xüsusi zövqlə qeyd edirlər.
Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
İlin çox vaxtı Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabr ayında yağmağa başlayır. Qışda isə temperatur -21 dərəcəyə qədər enə bilir.
Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.
Buradan belə nəticəyə gələ bilərik ki, əgər rahat getmək istəsək bunun üçün ən yaxşı vaxt elə yay aylarıdır.