Ramiz Rövşən 💜 şeirləri

gulu1096
,Bir yiyəsiz qəmin varsa,
Ver çəkim, ovutma məni..
Məndən əziz kimin varsa,
Sev, amma unutma məni...

Gecəyəm, çırağım sənsən,
Çiçəyəm budağım sənsən,
Ən əziz qonağım sənsən,
Qapımdan qayıtma mənim...

Yuxumda könlünü alsam,
Qolumu boynuna salsam,
Lap ölum yuxusu olsa
Qoy yatım, oyatma məni...

Ramiz Rövşən💜