Ramiz Rövşən 💜 şeirləri

gulu1096
Canavar ovu(poemadan bir parça)

Burda dörd tərəfim baş daşlarıdı,
çaşdım o daşları görəndə, Allah.
Bu ətdən, sümükdən yaratdıqların
yoxsa daşa dönür öləndə, Allah?

Diş kimi torpağa batıb bu daşlar,
yoxsa diş çıxarıb bu torpaq belə?
Yoxsa bircə-bircə dadıb bu daşlar
axırda hamını udacaq belə?

Mənə bu daşlardan neçə göz baxır,
gör necə kinlidi baxışları da.
Elə bil indicə yerindən qopub
üstümə cumacaq baş daşları da...

Ramiz Rövşən 💜