qubadlı rayonu

markalogiya
*QARABAĞ AZƏRBAYCANDIR*🇦🇿✊


*QUBADLI RAYONU*


_Qubadlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir._


*ÖLKƏ*- _AZƏRBAYCAN_🇦🇿

*İNZİBATİ MƏRKƏZ*- _QUBADLI_

*SAHƏSİ*- _802[1] km²_


*HÜNDÜRLÜK*- _520 M_

*ƏHALİSİ*- _40,2 MİN NƏFƏR (1 YANVAR, 2017-ci il) NƏFƏR_

*İSO KODU*- _AZ-QBI_

*POÇT İNDEKSİ*- _AZ-3900_

*AVTOMOBİL NÖMRƏSİ* _39_


https://az.m.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Qubadli_in_Azerbaijan.svg






https://az.m.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Qubadli_Rayon.svg



*İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir*


*TARİXİ*⌛


_Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir._

*Versiyalardan birinə görə, Qubadlı toponimi V–VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.*

_Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir._

*Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.*

_Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçini 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgüşad adlı kənd var._

*Azərbaycan xalqının tarixi tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə bölmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Çox keçmədən bu cür bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçn və Kəlbəcər rayonlarında Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariyyətə qarşı qubadlılar sözün həqiqi mənasında əsl mübaribə aparmışlar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi çox böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qarabağın Ermənistana verilməməsi, Azərbaycan Respublikasının tərkibində və tabeçiliyində saxlanılması məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti öz əhəmiyyətini itirdi.*

_Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub._

*31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.*


*COĞRAFİYASI*


*Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.*


*RELYEFİ*

_Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir._


*TƏBİƏTİ*

_Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib._


*İQLİMİ*

_İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə – 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400–600 mm-dir_


*TANINMIŞ ŞƏXSLƏRİ*


Mir Sədi ağa — Övliya
Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı
Şükür Həmidov — Azərbaycanın Milli Qəhrəmanı
Mais Bərxudarov — General-mayor
Qaçaq Nəbi — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.
Həcər — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı.
Eldar Baxış — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bəhlul Behcət — Ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı
Mir Mehdi Xəzani — Tarixçi, şair
Əli Əmiraslanov — Geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953)
Süleyman Rəhimov — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
Ramiz Rövşən — Şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).
Valeh Bərşadlı — General, Azərbaycanın müdafiə naziri.
Rauf Abdullayev — Azərbaycan Dövlət Simfonik Orkestrinin bаş dirijоru, professor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "İstiqlal" ordeni (2017), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).



*KİTABDAN İNCİLƏR*💡