Qoşqar Ömərov

gulu1096
Qoşqar Ömərov
foto
*Şəhid Qoşqar Ömərov*🇦🇿🇹🇷
1️⃣🇦🇿.Qoşqar Ömərov 9️⃣ fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  *riyaziyyat-informatika* fakültəsinə daxil olmuşdur.
2015-ci ildə _Azərbaycan Memarlıq və İnşaat Universitetinin_ İnformasiya texnologiyaları ixtisası üzrə *magistraturaya* daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq  Masazır kənd 5 nömrəli tam orta  məktəbdə riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlamışdır.
2️⃣🇦🇿. 21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur. 2️⃣7️⃣ sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılmış, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək *kəşfiyyat bölüyünə* daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak etmişdir. Noyabrın 4️⃣-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
3️⃣🇦🇿. Təltifləri:
📍15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
📍25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
📍25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
*Allah rəhmət eləsin*