qobustan qayaları haqqında məlumat

admin

qobustan qayaları haqqında məlumat
foto
Qobustan böyük bir coğrafi məkandır. Onun adı artıq müxtəlif ölkələrdə, milyonlarla
adamın dilində səslənir. Bunun səbəbi heç də Qobustanın ərazicə böyük olmasında deyil. Elə coğrafi rayonlar var ki, ərazisi Qobustandan bir neçə, bəlkə də on dəfələrlə böyükdür. Lakin onların adını nəinki çox adam bilmir, hətta heç iri miqyaslı xəritələr də belə tapmaq olmur. Qobustanı tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda, başqa ölkələrdə də tanıtdıran onun qədim qayaüstü təsvirləri və qədim qobustanlıların məskənləri olmuş arxeoloji abidələrdir. Qobustanda aparılmış arxeoloji qazıntılar göstərir ki, Qobustan qayaları arasında orta daş dövrünün əvvəllərindən başlayan həyat minillər boyu qaynamış, onların bizə miras qoyduqları qədim qayaüstü təsvirlər və qədim insan düşərgələrindən tapılmış maddi qalıqlar, daş alətlər, təsərrüfat və məişət əşyaları, gil qablar, bəzək şeyləri və s. tariximizin 10 min ilindən çox dövrünü araşdırmaq üçün yazısız, dilsiz arxivə, kitabxanaya çevrilmişdir.
Qobustanı dünyaya tanıtdıran ilk növbədə onun qədim qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi üst paleolit dövrünün Orta Daş (Mezolit) dövrünə
keçid mərhələsindən, 12-15 min il bundan əvvəldən başlayıb orta əsrlərə, islamın yayılması dövrünə kimi davam edir. İslamın «canlı aləmin» yaradıcısı Allahdır, dünyanı da o yaratmışdır. Ondan başqa heç kəs yaratmaq iqtidarında deyil» müddəaları insanı və bütün canlıları
təsvir etməyi də qadağan edirdi. Bu səbəbdən artıq orta əsrlərdə Qobustan qayalarında
təsvirlər getdikcə azalır, reallığını itirir. Lakin bundan sonra da, yəni orta əsrlərin özündə,
hətta son əsrlərə aid bəzi təsvir, işarə, damğa və simvollara rast gəlmək olur. Əlbəttə, on min illərlə keçməsini, neçə-neçə nəsillərin dəyişməsini tələb edir.
Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasının Böyük daş, Kiçik daş, Cingirdağ –
Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrinin ümumi sayı 6 mindən çoxdur. Buraya insan və heyvan təsvirləri, quş, balıq, hətta ilan və
kərtənkələ kimi sürünənlər, böy, əqrəb kimi həşərat şəkilləri daxildir. Qayalarda çoxlu qayıq, balıq tutmaq üçün tor şəkilləri, işarə və damğalar, latın və ərəb qrafikası ilə yazı qalıqları da saxlanmışdır.
Qobustan qayaları üzərində qazılmış və tərpənməz qablar rolu oynamış yüzlərlə qədim
yalaqlar, heyvan bağlamaq və ərzaq asmaq üçün açılmış dəlmə-ilgəklər, insanların əyləncə və idmanla məşğuliyyət vasitəsi olmuşdu. Qobustanın qayaüstü təsvirlər kolleksiyası sayca o qədər çox olmasa da əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, müxtəlif dövrlər üçün həyat səhnələrinin əks etdirilməsi, təsvirlərin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksidir. Qobustanda qayalar üzərində qeydə alınmış 6 mindən çox qədim təsvir və başqa abidələr mövcuddur .
252 Arxeologiya, Etnoqrafiya Tarix və onun problemləri, № 3 2013
Qobustanda insan şəkillərinin ən qədimləri son Paleolit və Mezolit dövrünün qadın və
kişi təsvirləridir. Onlar qayalarda öndən və yandan olmaqla siluet şəklində qazılmışlar.
Qayalarda insan şəkillərinin bu cür döyülməsi Qobustan üçün səciyyəvidir. Qobustanda qədim şəkillər arasında diqqəti xüsusi cəlb edən mövzulardan biri qadın təsvirləridir. Qobustanın qadın təsvirləri bu mövzuda Yuxarı paleolit dövrü şəkilləri və heykəlcikləri ilə yaxınlıq təşkil edir. Qobustanda «kənizə» düşərgəsində arxeoloji qazıntılar zamanı tapılmış Qobustanın mezolit dövrü qadın fiqurları da qayalardakı qadın fiqurları
formasındadır. Qadın heykəlcikləri və şəkillərinin yaradılmasını alimlərin çoxu bolluq rəmzi kimi izah edir və onu ovsunçuluqla bağlayıb ilahiləşdirirlər.
Qobustandan qeydə alınmış qadın şəkilləri çəkilmə üsulu və təsviri formalarına görə
müxtəlif baxımlıdır. Qobustan üçün enli çiyinli, hündür qamətli, möhkəm bədənli kişi təsvirləri səciyyəvidir. Onların dizdən aşağı qıçlarının əzələləri qabarıq verilmişdir. Əllərində ox, çiyinlərində kaman göstərilmiş, bellərindən kəmərçin sallanır.
Bu kişi təsvirlərinin qıçlarının qabarıq verilməsi onların gün çıxandan gün batana qədər
bütün günü ov dalınca qaça bilməsini, dözümlü olmasını nəzərə çarpdırmaq üçün idi. Söz yox ki, qəbilə ovçularının hamısı bütün günü ov dalınca qaçmağı bacarmalı idilər. Belə olmasaydı bir nəfərin gücsüzlüyü, dözümsüzlüyü üzündən cərgədən geri qalması ovun əldən çıxmasına, qəbilənin ac qalmasına səbəb olardı. Güclü və dözümlü olmaq üçün onlar boş vaxtlarında məşq etməli, yallı kimi kollektiv rəqslərdə bərkiməli idilər.
Kişi təsvirlərinin yay-oxla silahlanması Qobustanda artıq orta daş dövründən bu ov
silahından geniş istifadə olunduğunu göstərir. Qədim qobustanlıların kəmərçində təsvir
olunması isə o dövrün təbii iqlimi və geyimləri haqda məlumat verir.
Ovçuluğun inkişafı cəmiyyətin maldarlığa keçməsinə, yığıcılıq vərdişləri isə əkinçiliyin
meydana gəlməsinə səbəb olmuşdur. Qobustan qayalarında çox qədim zamanlarda bu ərazidə yaşamış bütün məməli heyvanların, eləcə də bəzi sürünənlər, quşlar və balıqların şəkillərinə rast gəlmək olar. Məməli heyvanlardan ibtidai öküz, keçi, maral, at şəkilləri çoxdur. Başqa məməlilərdən gür, ceyran, donuz, pişik, it, tülkü, şir, canavar, bəbir, dəvə, qoyun və s. şəkilləri də var. Qobustan qayaüstü təsvirləri qayalar üzərində, əsasən qazma, döymə və sürtmə üsulu ilə çəkilmişlər. Yağlı boya ilə çəkilmiş rəngli şəkillər və iti alətlə, çox nazik cızılmış rəngli şəkillər və iti alətlə, çox nazik cızılmış xətlərlə verilmiş təsvirlərdə qeydə alınmışdır. Heyvan şəkilləri əsasən kontur xəttdə verilmişdir. Onlar adi xətlərlə o qədər real və mütənasib çəkilmişlər ki, Adamı heyran qoyur. Onların mövzu zənginliyinin, real çəkilişinin sirri, ulu babalarımızın yadigarları olan bu qədim sənət əsərlərinin həyatla bağlılığındadır. Qobustan qayalarında kölgə kimi döyülmüş qadın və kişi şəkillərindən sonra tarixi cəhətdən ən qədim şəkillər öküz təsvirləridir. Öküzlər Qobustanda çəkildiyi dövrün çəkilmə zəruriyyətindən və məqsədindən asılı olaraq müxtəlif böyüklükdə və görünüşdə, müxtəlif səciyyəli reallıqlarla təsvir edilmişdir. Onların ən qədimləri əsasən iri ölçülü və çox real təsvir edilmişlər. Öküz təsvirləri ilk növbədə ölçüsü və buynuzlarının müxtəlif formalılığı ilə fərqlənirlər. Öküz şəkilləri Qobustanda ən qədim heyvan təsvirlərindəndir. Sayca da müəyyən qədər çoxdur. Bu, əlbəttə onun Qobustanda tutduğu mövqeyi ilə bağlıdır. Öküz təsvirləri qayalarda bir qayda olaraq dörd xətlə, konturdan çəkilmişdir. Arxeologiya, Etnoqrafiya 253 Tarix və onun problemləri, № 3 2013
Qobustan qayalarında çəkilmiş ən qədim heyvan təsvirləri olduqca real və tam mütənasib çəkilmələri ilə əsl ibtidai incəsənət əsərləri olmasına şübhə qoymur. Qobustan rəssamlarının belə bacarıqlı, mahir usta olmalarının səbəbi isə onların bütün ömrünü, uşaqlıqdan qocalana qədər, ov dalınca, həmişə bu heyvanları müşahidə etmələrində, heyvanların hər cür duruşuna, baxışına, yerişinə, xasiyyətinə yaxından tanış olmalarında axtarmaq lazımdır. Bu bilikləri qədim qobustanlılar lazımi şərait daxilində daimi müşahidələr nəticəsində əldə edirdilər .
Qobustanda daş dövründə yaranmış real ifaçılıq bacarığı sonrakı tarixi dövrlərdə də bir
xüsusiyyət, milli ruhun təzahürü və davamı kimi saxlanılır. Qobustan qayaüstü təsvirləri üzərində müşahidələrimiz və arxeoloji tədqiqatlarımızın nəticələrinə əsasən orta əsrlər dövrünə aid edilir. Lakin daş dövrünün öküz rəsmi kimi olduqca dinamik, proporsional və real təsvir edilib. Qobustanda heyvan təsvirlərindən ən çoxu keçi şəkilləridir.
Keçi təsvirləri Qobustan qayaüstü təsvirləri sırasında öküz, ceyran, gür, qaban kimi bir
çox heyvanlar nisbətən cavan mövzudur. Onların çoxu, xüsusilə Yazılıtəpədə pirə qurban kimi çəkilmişlər. Qeyd edək ki, keçi şəkillərinə Qobustandan başqa kolleksiyalarda rast gəlmək olur. Keçi şəkilləri Qafqazda və orta Asiya – Altay regionlarında çoxdur. Hər yerdə keçi keçidir. Keçi şəkilləri qayalarda dörd ayaq, dik qalxıb qabağa tərəf əyilmiş qısa quyruqlu, iki Qoşa, bəzən isə Altay və İsıkgul ətrafında və Tacikistanda Dağlıq Bədəxşan Muxtar vilayətindəki oxşarıdır. Lakin hər ərazinin, hərdövrün öz dəst-xətti var.
Müxtəlif tarixi dövrlərdə yaranmış, qədim qobustanlıların keçmiş həyatını əks etdirən
abidələrin saxlandığı bu kiçik ərazi əslində təbii arxeoloji rayon, açıq səma altında muzeydir. Elə muzey ki, bələdçi və hazırlıqlı tənəzzöhçünün müşayiətiilə bu üç dağın ərazisini gəzənlər 10 min ildən artıq tarixi dövrdə arası kəsilmədən bu dağların ərazisində yaranıb bizə qədər saxlanmış tarixi abidələrin əsli ilə zəmanəmizdə çıxarlar. Dünyada elə bir ikinci bu cür muzey yoxdur ki, onun 10 min ildən çox dövrü əhatə edən eksponatları, Qobustanda olduğu kimi, özünün ilkin yerində nümayiş etdirilsin.

Mənbə: İLHAM MƏMMƏDOV
Bakı Dövlət Universiteti