qəribə qadağalar

ilkane musayeva
qəribə qadağalar
foto
Bildiyimiz kimi bütün ölkələrin özünə xas adət - ənənələri, mədəniyyəti, qayda – qanunları var. Yalnız bəzi ölkələr var ki, onlarda bəzi qəribə qadağalar var. Düşünürəmki sizində marağınıza səbəb olacaq. Gəlin Türkiyədən başlayaq. Türkiyədə 80 yaşından yuxarı olan insanlar pilot olmaq hüququndan məhrum edilib.
Bu arada Azərbaycanda qəribə qadağalara rast gəlmədim. Əgər bildiyiniz elə bir qadağa varsa, yorum hissəsində yaza bilərsiniz.
İndiana ştatında insanların kiminsə dalınca danışmasına icazə verilmir.
İngiltərədə qadınların ictimai nəqliyyat vasitələrində şokolad yəmələrinə icazə verilmir. Həmçinin üzərində kraliçanın təsviri olan markanın baş aşağı yapışdırılması xəyanət hesab edilir.
Yunanıstanda uşaqların “PC computer” oyunları oynaması qadağandır.
Avstraliyada azyaşlıların siqaret alması qadağandır. Bunun qəribə tərəfi isə çəkmələrinin sərbəst olmasıdır.
Avstraliyada heyvanlara yemək adlarının ləqəb kimi qoyulması qadağandır.
Samoada kişinin öz həyat yoldaşının doğum gününü unutması cinayət hesab edilir.
Fransada “yad planetli” oyuncağının satışı qadağandır. Həmçinin orada donuzlara Napoleon adı qoymaq qadağandır.
İtaliyada artıq çəkidən əziyyət çəkən insanlara sintetik parçadan olan paltar geyinmək qadağandır.
Sinqapurda metroda saqqız çeynəmək olmaz, buna əməl etməyən şəxs həbs olunur. Bəzi mənbələrə görə isə ümumiyyətlə saqqız çeynəmək qadağandır.
Almaniyada avtobanda hərəkət edən zaman yanacaq çəninizdə benzin qurtararsa, sizin qanunla olan problemləriniz həll edilir.
Barselonada küçələrdə çimərlik geyimi ilə gəzmək qadağandır.
Tayland banknotlarında nüfuzlu şəxslərin rəsmləri həkk olunub. Əgər təsadüfən bu pulları kimsə tapdalasa ciddi məbləğdə cəzalana bilər.
İsveçrədə bazar günü camaşır asmaq olmaz.
Böyük Britaniya qanunvericiliyinə görə, deputatın parlament binasında ölməyi qadağandır.
Londonda yoluxucu xəstəlikdən əziyyət çəkən insanların taksidən istifadə etmələri qadağandır. Bununla yanaşı quduz olmuş itləri və yaxud cəsədləri taksidə aparmaq qanunsuzluq hesab edilir.
ABŞ'ın Florida ştatının Pensakoloda şəhərində yerli sakinin cibində 10 dollardan az pulu varsa, şəhərə çıxa bilməz.
Avstraliyanın Viktoriya ştatında bazar günləri çəhrayı rəngli şalvar geyinmək qadağandır.
Şotlandiyada inək saxlayan və otaran şəxslərin sərxoş olmaları qanunla qadağan edilib.

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör