Qəhrəmanlarımızı tanıyaq

sehranin guli
Qəhrəmanlarımızı tanıyaq
foto


Hər kəs tarixə adını yazdıra bilər, hər kəs özü ilə öyünə bilər, hər kəs deyə bilər mənim qəhrəmanlarım var , elə məsələn götürək erməni millətin öz həlak olmuş hərbiçilərin qəhrəman adlandırırlar. Mən sizə bu gündən əsl qəhrəman oğulları tanıdacam.
Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975- ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Polad Həşimov əslən Qəbələ rayonunun vəndam kəndindəndir. Orta təhsilini Sumqayıt şəhərində ilk öncə 28 nömrəli, daha sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Şəhidimiz ailəli idi, iki oğul, bir qız atası idi.
2003-cü ildə mayor qismində Heydər Əliyevin Sərancamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. 2009-cu ildə isə o,artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərancamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2014-cü il iyunun 25-də III dərcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov,2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli "Vətənə xidmətə görə "ordeni mükafatlandırılır. 2016- cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı , Talış qəsəbəsi uğurunda gedən döyüşləri aparan 1- ci Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2019-cu il iyunun 25-də Polad Həşimova general mayor ali rütbəsi verilir. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ordu Korpusunun Qərargah rəisi təyin olunur. General mayor 2020-ci il iyulun 14-də Tovuz istiqaməti zamanı baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. İyulun 14-də general mayor Polad Həşimovun nəşi ilk öncə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. Vida mərasimində Müdafiə naziri Zakir Həsənov, Müdafiə nazirinin müavini Ramiz Tahirov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Bakı Şəhər İcra Hakimiyyətin başçısı Eldar Əzizov iştirak etmişdir.
Sonda isə onu demək istəyirəm ki, Qəhrəmanlar unudulmalı deyil, unudulmur, unudulmayacaq...🇦🇿🇦🇿
(yazar:Eyyubova Zeynəb)