Qədr gecəsinin əməlləri

gulu1096
*🔻 Mübarək Qədr gecələrinin müştərək əməlləri*

```🔵 1. Qüsl almaq. Gün batan vaxtı qüsl alıb, həmən qüsl ilə işa namazını qılmaq daha fəzilətlidir.

🔵 2. İki rükət namaz qılmaq. Hər rükətdə “Fatihə”dən sonra 7 dəfə “İxlas” surəsini oxumaq. Namazı bitirdikdən sonra isə 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək. Peyğəmbər (s) buyurub: “Hər kim bu əməli etsə, yerindən durana kimi ata-anasının və özünün günahlarını Allah bağışlayar”.

🔵 3. Quranı açıq şəkildə qarşıya qoyub bu duanı oxumaq: “Allahummə inni əs'əlukə bi kitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl-əkbər və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minən-nar”. Sonra hacətinizi istəyin.

🔵 4. Quranı başının üzərinə qoyub demək: “Allahummə bi həqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim, fəla əhədə ə'rəfu bi həqqikə minkə”.```

*Bundan sonra aşağıdakı sözləri demək lazımdır:*

*_Bikə ya Allah (10 dəfə)_*
*_Bi Muhəmmədin (10 dəfə)_*
*_Bi Əliyyin (10 dəfə)_*
*_Bi Fatimətə (10 dəfə)_*
*_Bil Həsəni (10 dəfə)_*
_*Bil Hüseyni (10 dəfə)*_
*_Bi Əli ibn Huseyn (10 dəfə)_*
_*Bi Muhəmməd ibn Əli (10 dəfə)*_
*_Bi Cəfər ibn Muhəmməd (10 dəfə)_*
_*Bi Musa ibn Cəfər (10 dəfə)*_
*_Bi Əli ibn Musa (10 dəfə)_*
*_Bi Muhəmməd ibn Əli (10 dəfə)_*
*_Bi Əli ibn Muhəmməd (10 dəfə)_*
_*Bi Həsən ibn Əli (10 dəfə)*_
_*Bil Huccəti (10 dəfə)*_