🇦🇿 Qazi Baxışov RəşadADA 🇦🇿

gulu1096
🇦🇿 Qazi Baxışov RəşadADA 🇦🇿
foto

Baxışov Baxış Rəşad oğlu 2002-ci ilin aprelin 17də İsmayıllı rayon Zeyvə kəndində anadan olmuşdur.
Baxış Beyləqan rayonu N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət etmişdir, xidmətini layiqincə yerinə yetirən Baxış 27 sentyabrda döyüş bölgəsi olan Füzuli, Xocavənd, Hadrut, Qubadlı, Cəbrayıl, Daşaltı və Şuşa istiqamətlərində qəhrəmancasına vuruşmuşdur. 6 noyabrda Şuşada yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Baxış " Xocavəndin azad olunmasina görə", " Füzulinin azad olunmasına görə ", " Qubadlının azad olunmasına görə " və " Cəsur döyüşçü " medalları ilə təltif edilib.