qarabağdan son namə

admin
Qarabağdan son namə: Mən Azərbaycanam ! (Esse)
Öz sərinliyi və rəngarəngliyi ilə, bütün fəsillərdən seçılən payız fəslində salamlayıram ,bir parçası olduğum Azərbaycanı...Necəsiniz mənsiz?28 ildir ki,Səndən ayrı qalmışam.Bu mənim, Sənə neçənci məktubumdur ,bilmirəm...İtirmişəm sayını...
Bu illər ərzində ,ayriliq mahnısı pərişan halımın həmdəmi olub.Mənim Sənsiz nələr keçirdiyim,həsrətdən necə qıvrıldığım, bu mahnının sətirlərinə hopub.
Fikrindən, gecələr yata bilmirəm,
Bu fikri başımdan ata bilmirəm.
Neyləyim ki,sənə çata bilmirəm,
Ayrılıq ayrılıq ,aman ayrılıq!
Hər bir dərddən olan, yaman ayrılıq!
Hisslərim mənə deyir ki,bu məktubum ,sonuncudur,bu payız,başqa payız olacaqdır...O payız ki,bitirəcək ayrılığı,qovuşduracaq məni Sənə.Bütöv Azərbaycan olacaqsan!
Bilirəm ki,mənə qovuşmaq üçün can atırsan!Ayrılığın bitəcəyindən ümüdimi üzərkən,son olanlar ümid çiçəymi yenidən cücərtdi.
30 ilə yaxındır ki,qoparıblar məni Səndən...Bir körpəni ananın,isti qucağından qoparan kimi...Bu illər ərzində bilirsən ki,Səndən çox incidim,çarəm məktub yazmağa çatdı...Məktublarıma da susdın,cavabsız buraxdın!!Aldatdı ,ermənpərəst ölkələr Səni...Uzatdılar ayriliğı ifadə edən, illərin sayını.Bağrımı dəldi,yağıların təpik izləri...Qəlbən incidim,məni düşmən əlində qoyub gedənlərə,Sənə...Məgər vətənsiz ,vətən olardı?Məgər mən sənin, bir parçan deyildim ?Şəhid oldu çiçəyin...Xarı Bülbülü düşmən ayaqları əzdi,tapdaladı...Övladlarının tərk edilmiş yurd-yuvaları dağıdıldı,yandırıldı...Mədəniyyət beşiyi olan Şüşasız necə mədəniyyətini,musiqini inkişaf etdirdin axı sən,Azərbaycanım?...Bir hissən məhbusda olarkən, necə azad oldun Sən?
Çal – çağır, toy- düyün səsi qulağıma gəldikcə,təəccüblənirdim...Sənin bu laqeydliyinə,mənim yoxluğuma olan soyuqqanlığına dözə bilmirdim. Toyda ,el şənliklərində” Qarabağ” mahnısının səsi qulağıma gələndə ,yaralı qəlbim qanayırdı...
Tar- çamanda dil açan,
Canım – gözüm Qarabağ!
Səndə ürək, məndə can,
Şirin sözüm Qarabağ!
Axı mənsiz,mən düşmən tapdağında olarkən,qız – gəlinin, düşmən əlində olarkən,uğrumda şəhid olan, oğullarının ruhları rahatlıq tapmayarkən necə belə oxuya bilərdin? Mən əzilərkən ,Sən dikəldin,inkişaf etdin...Mən talan olurkən ,kənardan yad-yalan kimi necə baxa bildin?İncitmədi səni Səxavətin,Qədirin, Seyidin , Cabbarin ruhu? Nədən Bülbülün ,Nətavanın güllələnmiş heykəli dil açmadı? Mənim qalalarım yada məxsus olarkən,dağılmış məscidlərdə donuz saxlarkən necə belə soyuqanlı ola bildin?
Özümün yanmağını bilmədim, mən Sənin laqeydliyinizə yandım .Məscidlərində azan səsi yerinə donuz səsi gəldi ... Talanan yurd , əzilən gül ,dağılan evlər və hasarlar, təhqir olunan məzar daşları heç nə demədi Sənə? ...
Mən illər ərzində bu inciklə yaşadım ,bağışla ki, sənin haqqında belə düşünmüşəm...Daha yaz bilmirəm kövrəldim...Həsrətdən üzülmüş ürəyim əsir...Sözüm bitməsə də,dayanmaq məcburiyyətindəyəm...Yazmağı dayandırarkən,nisgilli qəlbimə dərman olan bir mahnı könlümdən keçdi...Bilirsən hansı mahnı ?Alim Qasımovun ifasın da “Xatirədir “mahnısı...Bu ifa da¸kədərli halımın həmdəmidir.
Niyə yanır bu ocaq,.
Yanıb külü qalacaq.
Bilmirəm nə olacaq?
Olanı xatirədir !
Məktubumu davam etmək məcburiyyətindəyəm...Bu illər ərzində ,yarımçıq qalan məktublarım da olub...Məktubumun bu hissəsində ayrılıqdan nisgildən deyil,keçirdiyim ümid və sevinc hisslərimdən yazacağam...Bu səhər ,eşıtdim ki,müharibə başlayıb!Qəhərdən yaza bilmirəm!Bu o demək ki,işğalda olan torpaqlarını azad etmək üçün hərəkətə keçmisən!Eşidəndən gözümün yaşı dayanmır!
Dilini bilmədiyim yağılar, yaman təşvişə düşüb ...Ora- bura vurnuxurlar ...Nə edim?Əlim yox vuruşam ..Vuruşam ki,Sənə tez qovuşam,birləşəm.
Sinəmdə üçrəngli bayrağın dalğalancağını düşündükcə həyacanda bütün vücudum titrəyir...
Anbaan mənə yaxınlaşırsan ! Nəfəsinin istiliyini ,ayağının səsini ,köksümdə dalğalanacaq üçrəngli bayrağın fəxr hissini indidən duyuram...
Bilirsən, payız fəslindən necə zəhləm gedirdi .Ona görə dağlar daim duman olduğundan, Sənə baxa bilmirdim...Amma indi ,payızı elə çox sevdim ki...Payız mənə Səni gətirir...Payızın baharlı anları,yetim qalan ruhuma sevinc gətirir , yanan qəlbimə su çiləyir...
Üzərimdən yağı düşmənləri qovarkən,topunu , mərmini əskik etmə!Düşünmə ki ,köksümü yaralarsan...Mən Sənsiz yaralı idim,talanarkən yaralı idim...Mənfur düşmən üzərimdə rəqs edərkən,şənlənərkən əzab çəkirdim,anbaan ölürdüm...
Qarabağ Azərbaycandır !Mən Azərbaycanam! Hələ dillərdə əzbər olmuş bu ifadə,taqətdən düşmüş dizlərimə taqət, ağlamaqdan zəifləmiş gözlərimə işiq ,qollarıma güc,xəstə ruhuma sevins verdi,Səni səsləməkdən batan səsimi açdı ...
Sənsiz illərimdə Səni çox günahlandırdım.Məndən əlinizi üzdüyünüzü sandım ...Azərbaycanım,mən sənsiz, Sən mənsiz bir heç olardıq !Anasız körpə,Vətənsiz vətən kimi...Sükür ki,qovuşağıq !Daha soyuqdan büzüşüb qalmayacağam.Soyuq havalarda isti qoynunda qizinacağam..
Mənə və digər işğal olunmuş torpaqların uğrunda döyüş aparan övladlarına ,qısa və itkisiz qələbə arzu edirəm..Axi mən xanəndələr yetişdirən torpağam...Musiqi dinləmək mənə ən böyük təsəlli .İndi çox dinlədiyim mahnını Sənə ,əsgər oğullarına,və mərd əsgərləri ,vətənpərvərlik ruhunda yetişdirən analara ərmağan edirəm!
Gün deyəsən həmin gündür ay ana,
Səbirli ol,qurban olum, ağlama.
Bax səsimiz yayılıbdır,hər yana .
Qarabağdan salam var Azərbaycana !
Şusam bizi neçə ildir , səsləyir !
Çağırır ki, təkəm tez gəlin deyir.
Murov dağından, uca bir səs gəlir,
Qarabağdan salam var Azərbaycana !
Sağlıqla qal,Azərbaycanım...Tezliklə görüşənədək!
Mən Azərbaycanam! #
24.11.2020.
Şəki şəhəri.Süleymanova Ümmü