qara tut hekayəsi

markalogiya
Qara tut hekayəsi🖤

Qədim zamanlarda biri-birini çox sevən iki gənc var imiş. Bu gənclər uşaqlıqdan bir-birilərini sevsələr də valideynləri onların birləşməyinə narazı imiş. Yenə gizlincə görüşdükləri gün qərara gəlirlər ki, səhərisi gün meşədəki tut ağacının altında görüşüb, qaçsınlar.👫Qızımız, oğlandan əvvəl çatır və tut ağacının altında oturub gözləyir. Elə bu ağzından qan axan aslanın gəldiyini görüb, cəld mağaraya qaçıb gizlənir. Qaçarkən də boğazındakı şərf düşür yerə.🧣Elə üstündən çox keçmir ki, oğlan gəlir, amma gördüyü mənzərə qarşısında donur. Dəli kimi sevdiyi qızın şərfi aslanın ağzında və şərfdən qan damcıllayır.Buna dözə bilmir və xəncəri çıxarıb, ürəyinə sancır.🙂Mağarada gözləməkdən yorulan qız,mağaradan çıxıb, ağaca tərəf gələrkən sevgilisini ölmüş vəziyyətdə tapır.Ağlamaqdan bir təhər olan qız, şərfinin yarısının oğlanın əlində, yarısının isə öz yuvasına gedən aslanın ağzında görəndə hər şeyi başa düşür və xəncəri götürüb, o da ürəyinə sancır ki, sevgilisinə qovuşsun.Belə ki, oğlanın qanını ağacın meyvəsinə, qızın gözyaşlarını isə ağacın yarpaqlarına çeviriblər.💫
*O gündənbəri qara tutun çıxmayan ləkəsini yəni oğlanın qanını, ağacın yarpaqları yəni qızın göz yaşları təmizləyir*✨

*# Kitabsevərlər📚*