qalibiyyətə düşüncələrimizdən başlayaq

sehranin guli
qalibiyyətə düşüncələrimizdən başlayaq
foto
Biz hər gün,hətta elə olur hər an yeni informasiya alırıq. Xüsusi ilə də bu ay yəni 2020- ci ilin iyul ayı bizim üçün həssas bir aydır son olanlarla əlaqədar. Demək olar qarşı tərəf, yəni erməni xalqı, Azərbaycan xalqında inamsızlıq, çaşqınlıq yaratmaq üçün tez-tez təxribatlara əl atır, informasiya müharibəsin başladır. İnsanların əksəriyyəti bu təxribtalara inanır və heç istəmədən də olsa düşmənə kömək etmiş olur. Təxribata inanan insanlar da ətrafında olan insanlara məğlubiyyət siqnalı, mesajı verirmiş kimi olur bu bəzən. Beləliklə artıq düşüncələrimizdə biz məğlub olmuş kimi davarnırıq, zəfər gününün olacaqına inanmımız itir, azalır. Biz bizə kömək etmək üçün çalışmalıyıq və bunu edirik. Belə hallarla qarşılaşdıqda yaxşı olar ki, yaxın keçmişimizdə baş verən 2016- cı ilin şanlı Aprel döyüşlərini xatırlayaq və ya digər zəfər sədalı döyüşləri və s.
Bizlər bəzən aprel döyüşlərin kiçik qalibiyyət adlandırırıq və artıq bu psixoloji olaraq düşüncələrimizə təsir edir. Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu, aprel döyüşləri bizləri qələbəyə daha da yaxınlaşdırdı. İstər müharibə meydanında olsun, istərsə də düşüncələrimizdə. Biz təxribatların təsirinə düşməmək üçün kiçik bir məqamı daim xatırlayaq. 2016-cı iilin aprel döyüşlərinə qədər Azərbaycan ordusu belə yüksək uğura imza atmamışdır. Biz buna cəhd etdik və uğurluda alındı. Düşməni həm mənəvi cəhətdən məğlub etdik, həm də ki, müharibə meydanında. Bizim bu addımımız bizim cəsartəimizin göstəricisi oldu. Bu göstərici ki, neçə illərdi bunu edə bilmirdik, etdik nəhayət ki adımızı tarixə yazdırdıq bir daha qələbəmizlə. Biz məğlub deyilik, məğlub olmamışıq, olamayacayıqda. Ən böyük qalibiyyət düşüncələrimizdən başlayır, məhz buna görə də etibarlı mənbələrdən məlumatlanaq, bir şanlı keçmişizə, tarximizə nəzər salaq.
Gücümüz Birliyimizdədir... Daha yaxşı gələcək üçün bir olaq...🇦🇿✊
(yazar:Eyyubova Zeynəb)

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör