puşkin və yaradıcılıq

nurlan mamiyev
🍂1830-ci ildə Puşkin evlənmək qərarına gəlir.Toydan əvvəl atası tərəfindən ona hədiyyə olunmuş Boldino malikanəsinin yaxınlığında yerləşən kəndə gedir.Elə bu zaman Moskvada baş qaldırmış vəba epidemiyası səbəbi ilə karantin elan olunur və şair 3 ay burda qalmağa məcbur olur.O belə bir vəziyyətin olacağı ehtimalını düşünmədiyindən vaxtını mütaliə edərək keçirmək üçün özü ilə heç kitab da götürməyibmiş.İlk vaxtlar ruhdan düşməyinə baxmayaraq,sonradan bu vəziyyətdən ilhamlanır və əsərlərinin,demək olar ki,yarısını o dövr ərzində əsrəyə gətirir.Bundan əlavə 7 il ərzində bitirə bilmədiyi məşhur "Yevgeny Onegin"romanını da bitirir.Şairin həyatının bu dövründəki məhsuldarlığına istinad edərək həyatımızdakı sıxıcı,darıxdırıcı vaxtları müsbət istiqamətdə dəyərləndirib faydalı işlər ortaya qoysaq biz də həmin dövrü öz həyatımızın "Boldino payızı" dövrü adlandıra bilərik.