Psixoloji Faktlar

gulu1096
PSİXOLOJİ FAKTLAR:

16 və 28 yaş arası yaranan dostluq adətən möhkəm  və uzunsürən olur.
Qadınların aşağı xırıltılı səsli kişilərdən xoşları gəlir,  çünki onlar özlərinə əmin və  qeyri aqressiv görsənirlər.
Adətən həyatları çətin olan insanlar ən yaxşı məsləhətçidirlər.

İnsanın intellekti nə qədər yüksəkdirsə,  o bir o qədər  tez düşünür və xətti anlaşılmaz olur.
İlk görüşdə (svidaniya) insan haqqında çox şey öyrənmək olar, bunun üçün onun ofisantlarla rəftarına baxmaq kifayətdir.
Günah hissi inkişaf etmiş insanlar digərlərinin emosiyalarını çox yaxşı anlayır.
Qadınlarda ağrı reseptorları kişilərdəkindən iki dəfə çoxdur, ancaq ağrıya dözüm həddidə iki dəfə artıqdır.
İnsan yüksək tezlikdə musiqi dinlədikdə  daha rahat və xoşbəxt sakit olur.
Əgər fikirlər gecələr yatmağa imkan vermirsə, onları yazın. Beyniniz rahatlayacaq və yuxunuz gələcək.
“Sabahın xeyir” və “şirin yuxular”  arzulayan  sms`lər beyinin xoşbəxtliyə cavabdeh hissəsini aktivləşdirir.
Sizi qorxudan işləri görsəniz daha xoşbəxt olacaqsınız.
Qadının sirr saxlama vaxtı orta hesabla 47 saat 15 dəqiqədir.
Həmişə başqalarını xoşbəxt etmək istəyən insanlar sonda tək qalırlar.
Nə qədər çox xoşbəxtik bir o qədər az yuxumuz gəlir.
Sevdiyimiz adamın əlindən tutduqda ağrılarımız  və həyəcanımız azalır.
Yüksək intellekti olan insanların az sayda dostları olur.
Dostlarının çoxu kişilər olan qadınlar çox vaxtı yaxşı əhvalda olurlar.
İki dildə danışan insanlar, özləridə anlamadan danışarkən bir dildən başqasına keçdikdə, şəxsiyyətlərini dəyişirlər.
Uzun sürən təklik,  gündə 15 siqarət çəkmək qədər zərərlidir.
Səyahət etmək beyin üçün faydalıdır, həmçinin ürək tutmaları və depressiya riskini azaldır.