possesive casegenetive case

ulker
Possesive Case ,Azərbaycan dilindən tərcümədə ismin yiyəlik halı deməkdir.Necə düzəlir?Əgər canlıdırsa və cəmdədirsə '(apastrof) ya da 's(apastrof es) qəbul edir.Daha aydın şəkildə desək əgər isim "s,es"artırmaqla cəmlənmişsə bu zaman ancaq apastrof ,başqa cür cəmlənmişsə "apastrof es"qəbul edir.Məsələn Cats' legs ,children's books.
Təkdə olan isimlərdə isə 's dən ya da of dan istifadə olunur.Canlılar üçün bu sadəcə 's cabsızlar üçün of dur Məsələn:cat's legs ,,,legs of table ...İkinci nümunədən göründüyü kimi table cansız isimdir ona görə də "of" ilə düzəlib.Və unutmaq olmazki yiyəlik haldan sonra mütləq isim gəlməlidir.İstisna
1.Sonra gələn söz house ,office,shop olarsa
2.Sonra gələn 1 dəfə deyilibsə məsələn:Anar's hair is longer than Murad's
3.butcher's ,dentist's, florist's , baker's, grocer's və s ...
Mürəkkəb isimlərin yiyəlik halda işlənməsi:
İsim+isim's məsələn:sister-in-law's
İsim and isim's (əgər 2-ci isim ortaqdırsa)Fatma and Leyla's brother
İsim's and isim's (əgər 2-ci isim ortaq deyilsə)Fatma's and Leyla's noses
Example : Choose the correct sentence with the possesive case başlıqlı test işləyərkən biz bu ardıcıllığa fikir verməliyik:
1.'s dən sonraki söz isim olmalıdır
2.'s dən sonra a/an/the işlənibsə bu yiyəlik hal deyil
3.'s dən sonra got(fel)gəlibsə bu yiyəlik olmur.Has got olur
4.The+Boyuk hərflə başlayan soyad+s(cəm)+' olmalıdır (The Mamedovs') düzgündür .(The Mamedov's ) səhvdir.