populyasiya tipləri

maleka
Populyasiyanın 3 əsas tipi mövcuddur:
1. Coğrafi populyasiya-növün arealının müəyyən coğrafi ərazisində yerləşən fərdlər qrupudur. Coğrafi populyasiya adətən növaltına uyğun gəlir. «Yarımnöv» sözünün elmi əsası yoxdur, onun əvəzinə növaltı və ya yarımçıq növ demək düzgündür. Coğrafi populyasiyalar arasında gen mübadiləsi zəifdir. Ona görə belə populyasiyada səciyyəsi etoloji, ekoloci və biokimyəvi xüsusiyyətlərilə yanaşı müəyyən morfoloji fərqlər də formalaşır.
2. Ekoloji populyasiya-növün arealının eyni coğrafi ərazisində ekoloji şəraitinə görə fərqli sahədə yerləşən fərdlər qrupudur. Ekoloji populyasiyanı təcrid edən mexanizmlər səciyyəvi yuva yerindən, sutqalıq fəaliyyət ritmindən, qidalanma xarakterindən, enerji balansından və başqa ekoloji xüsusiyyətlərdən ibarət ola bilər.
3. Ekoloji populyasiya və ya elementar populyasiya-eyni coğrafi ərazidə və eyni ekoloji şəraitdə eyni növə aid olan fərdlərin davranışına görə fərqlənən qrupudur. Belə qrupun özünəməxsus davranışı onu qonşu qruplardan az-çox təcrid edib gen mübadiləsini zəiflədir. Lakin ekoloji populyasiyalar arasında gedən gen mübadiləsi digər populyasiyalar arasında olan gen mübadiləsinə nisbətən genişdir.
Populyasiyanın bir neçə əlaməti, məsələn onun sıxlığı, artımı, ölüm faizi, paylanma qaydası və quruluşu ayrı-ayrı fərdləri deyil, populyasiyanı bütövlükdə xarakterizə edir.

Entry hakkında yorumlar

Bu başlıqdakı paylaşımları gör