partlamamış hərbi sursatlar problem yaradır

besti18

Partlamamış hərbi sursatlar əlavə problem yaradır




“Son 30 ildə Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 44 günlük müharibə nəticəsində Ermənistan qoşunları bu ərazilərdən sıxışdırılaraq çıxarılıb”.



Goldnevs.ml-ın məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda çıxışında deyib.










Samir Poladov bildirib ki, müdafiə xəttinin qarşı tərəfində minalarla qarşılaşırlar: “200-dən çox insan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün təhkim olunub. Onlar bazar günü, bayram günü demədən işləyirlər. Məqsəd işğaldan azad olunmuş ərazilərin bərpasına, infrastrukturun, elektrik xətlərinin yenidən tikilməsi kimi layihələrə dəstək verməkdir. Minalardan təmizləmə üzrə komandalar, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin heyətləri də bu işlərə cəlb olunub. Bununla bağlı mexanizmlər işlənib hazırlanıb. Yaxın gələcəkdə bunun nəticələrini biləcəyik. Müntəzəm olaraq müxtəlif təşkilatlarla, aidiyyəti qurumlarla əlaqədəyik. Çünki bizim məhdud minalardan təmizləmə resurslarımız məhz prioritetləşdirilmiş qaydada vəzifələrini icra edir”.










Samir Poladov bildirib ki, partlamamış hərbi sursat (PHS) isə əlavə bir problemdir: “Yerin səthində və yerin altında PHS-lər var. Bu da təbii ki, minaların təmizlənməsinə əlavə yanaşma tələb edir. Gələcək sakinlər üçün əlavə bir problemdir”.