paganizm fəlsəfəsi

nurlan mamiyev
Paganizm Fəlsəfəsi
Paganizm bu gün evlərimizin girişində asdığımız at nalından, məzarlıqlardakı baş daşlarına ( baxmayaraq ki, islamiyyətdə baş daşına yer yoxdur) qədər sahib olduğumuz bir çox adət ənənə və davranış şəklində özünü biruzə verən lakin islam və xristianlığın yayılmasıyla asimillasiya olunan, əslində çox keçmişdə qaldığını düşünsəkdə bu gün hələdə fərqində olmadan həyatlarımızın bir parçassı olan bir dindir. Paganizmin - kökləri qədim təbiət inanclarına söykənir. Bu dinə mənsub olanlara “Pagan” deyilir. Paganizm sözünün mənası latınca “paganus” sözündən götürülmüş kəndli mənasını verir. Xristianlığın yeni yayıldığı illərdə, xristian əhalinin sayı daha çox şəhərlərdə üstünlük təşkil edirdi. Ucqar kəndlərdə isə insanlar digər dinlərə inanırdılar. Buna görədə “kəndli” sözü “xristian olmayan” mənasını daşıyırdı. Həmən dövrlərdə Xristian, İslam və Müsəvilik dinlərindən başqa digər inanclar və dinlər Paganizm adı altında birləşmişdi. Bu gün isə Paganizm bir neçə qola ayrılmışdır; Huna, Şamanik, Asartu köklü rituallar, Santeria, Taoism, Satanizm, Buddizm və.s tək tanrılı olmayan hər inanc, din Paganizmin içində yer alır.
Paganizmdə əsas məsələ, hiss edilə bilən, var olan hər şeyin, tanrısal gücün təzarühü olduğunun fərqinə varılmasıdır. Tək bir yaradıcı güc vardır və tanrı və tanrıça olaraq adlandırılan anlayışlar isə, yaradıcı gücün təbiətdə fərqli şəkillərdə təzahürüdür. Yəni Paganizmə görə tanrı və tanrıçalar yaradıcı gücün özü deyil, digər hər şey kimi onun surətidir. Paganizmdə əsas olan təbiətə uyğunlaşmaq, təbiət ilə bir tam olmağı bacarmaqdır. Paganlar təbiətin insanlardan üstün olduğuna yada insanları idarə etdiyinə və ya cəzalandırdığına deyil. İnsanların təbiətin bir parçası olduğuna inanırlar. Və təbiətdə yaşayan hər bir canlı müqqədəs hesab olunur. Günümüzdə, Druidizm, Şamanizm və Wicca kimi Modern Paganizm adı altında yığışan müxtəlif qruplar ayrılır. Təbii olaraq zaman keçdikcə. Bu inanclar çox saylı dəyişikliklərə məruz qalıblar. Modern Paganizmlə keçmiş paganizm arasında çox fərq var. Əslində keçmiş dövrlərdə insanların nəyə inandıqlarını bilmək tam olaraq mümkün deyil. Sadəcə bəzi arxeoloji qazıntılar və keçmişdən günümüzə gəlib çatmış bəzi əlyazmalarından aldığımız məlumatlarla fikir söyləyə bilirik. Paganizm özündə
hələ hansı sirləri gizlətdiyini, və zamanla hələ nələrin kəşf olunacağını və ya bu elm haqqında zamanın hansı sirləri birdəfəlik siləcəyini bilə bilmərik. Bəlkədə gərçək möcüzə unudulmuş bir elmdə gizlənmişdir. paganizm fəlsəfəsi
foto