özgüvən

shabi
Hər kəs üçün başqa birinin öz mənfəətinə görə istifadə olunduğunu bilməsi hissini qəbul etmək olduqca çətindir. Bu manipulyasiya hiylələrinə düşməmək üçün onun bir sıra metodlarını bilmək vacibdir:
Özünə inam əskikliyi. Qarşısındakının özünü zəif hiss etdiyi bir cəhəti ilə lağ etmək. Bu cəhəti ya öz müşahidələri və ya duyğularıyla öyrənər. Hədəf adam, əskik xüsusiyyətini göstərməməyə çalışmaq üçün müdafiə mövqesinə keçər; özünü isbat etməyə ya da özünü sevdirməyə çalışar. Özünü sübut etməyə çalışan insan da təbii olaraq, xaricdən gələn təkliflərə daha açıq və müdafiəsiz hala gəlir.
Tək çarə mənəm.
Bu metodun təməli adamın “problem yaratmaq” cəhətidir, bir insana məqsədiniz əsasında bir virtual problem yaradırsınız və həllin siz olduğuna qarşınızdakını inandırırsınız. Bu metod kütləvi olaraq tətbiq olunmaqdadır; hökumətlər, reklam şirkətləri, media təşkilatları daha çox bundan istifadə edir. Adamda çıxış yolunu tapa bilməyəcəyi problemlərin toxumlarını əkərsiniz, toxum cücərər, cücərər və beynində bu problemi çox böyüdər, çarəsiz olan adamda həll yolu olaraq sizə gələr..
Məhrum qoymaq.
Bunu əslində hamımız bilirik, təhdidlə qarışıq cəzalandırmaqdır. Başqa sözlə, insanları istəmədiyi işlərə sürükləyən duyğusal bir manipulyasiya metodudur. Ümumiyyətlə itaət yaratmaq üçün istifadə edilir və insanların buna məğlub olmaması olduqca çətin məsələdir. Suveren olmaq və öz gəlir mənbəyinizi yaratmaq, bu manipulyasiya metodundan xilas olmaq üçün tək yoldur. Uşağının cibxərcliyini məhdudlaşdıran ata, qonaq gedərkən uşağını aparmayan ana ya da Amerikan filmlərində gördüyümüz “derhal odana çıkıyorsun genç adam” fraqmenti bu metoda klas nümunədir.
Qorxut və Rahatlaşdır. Təməl olaraq qorxan və ya rahatlayan insan, daha həssas bir vəziyyətə gəlir psixoloji olaraq. Hədəf adam bir şok keçirdikdən sonra, qəbul etmə və mühakimə etmə xüsusiyyətləri zəifləyəcəyi üçün zəifdir və itaət etmə ehtimalı daha çoxdur.
Planlı – Sistematik İstiqamətləndirmə. Bu professional metoddur. Hər insanın şəxsiyyətinin fərqli rolları vardır; şagird, övlad, yoldaş, sevgili, müsəlman kimi … Və bütün bu rolları qane etmək istəyi vardır, məhz bu məqsədlə manipulyator hədəf adama fərqli vəzifələr verərək və hədəfin bu rol üçün yaradıldığını vurğulayaraq, hədəf fərdi kuklasına çevirə bilər.
Bədən Dili dediyimiz hadisə əslində yalnız təlimi alınaraq nəzarət edilə biləcək bir davranışdır ki, bu da fərqində olmadan onsuz da bu davranışı gündəlik həyatımızda tətbiq edirik. Sevmədiyimiz bir adamı görəndə qamətimizi düzəltməyimiz, salamlaşarkən əlini daha yuxarıdan sıxmamız və əlimizi uzada bildiyimiz qədər uzatmağımız buna nümunədir.
Daha Çoxunu İstəmək. Manipulyator sizdən kiçik bir xahiş edir, yerinə gətirdiyiniz təqdirdə daha böyük bir xahiş edir, siz də başladığı işi yarım buraxan biri kimi görünməmək üçün təklifi qəbul etmək məcburiyyətində qalırsınız. Nümunə olaraq: “Uşaqlar evinə yardım toplayırıq, bizə 2 manat kömək etmək istəyirsiniz?” Deyə sual verər və siz də məbləğin sizə münasib olduğunu düşünüb və xahişi geri çevirməmək üçün yardımı edərsiniz. Qarşı tərəfdən isə belə bir sual gələr “Bu yardımı hər ay etmək istəyərsiniz bəs?”.