olimpiada haqqında maraqlı məlumat

sehranin guli
Olimpiada deyəndə idman ağlınıza gəlir. Elə deyilmi? Hər dörd ildən bir fərqli ölkələrdə keçirilən beynəlxalq idman müsabiqələri.
Amma şübhəsiz ki onun mədəniyyət, tarix və incəsənətlə də lazımı qədər əlaqələri var.
Olimpiadaların necə başladığını bilmək üçün öncəliklə 2792 il öncəsinə gedək. Zaman olaraq bu qədər geri getsək də, məkanda çox da dəyişiklik yoxdur. Mora yarımadası, olimpiya bölgəsi. Daha öncələri isə əfsanə və miflərə söykənir. Belə ki, əfsanələrə görə Herakl və dörd qardaşı Zeusu əyləndirmək üçün yarışlar keçirir və qazananı zeytun budaqlarından hazırlanmış "kotinos" ilə mükafatlandırırlar. O dövrdə zeytun maddi olaraq ən dəyərli şey hesab edilirdi.
Əfsanə və mifləri bir kənara buraxıb, reallığa baxsaq, ilk olimpiya oyunlarının e.ə. 776cı ildə keçirildiyini görərik. O zamanlar elə də çox oyun çeşidi yox idi və oyunların ən məşhuru qaçış yarışı idi. Qaçış yarışı Antik Yunan dilində "stadion" demək idi. Bu sizə nəyisə xatırladır?


Bəli, dilimizdəki Stadion sözü də öncə Latın dilinə, sonra ingilis və bir çox dünya dilinə eyni ilə də Azərbaycan dilinə keçmiş həmin sözdür.
E.ə. 393cü ilə kimi fasiləsiz 4ildən bir davam edən bu oyunlar həmin ildə Roma imperiyası tərəfindən Pegan adəti adı ilə ləğv edilir. 
Bəs niyə dörd ildən bir keçirilir?
Buna aid tam bir cavab olmasada, Venera planetinin 4 ildən bir reallaşdırdığı eliptik döngə nəticəsində yaranan beş tərəfli ulduzla əlaqələndirilir.
Bəs halqalar? Bu isə dünyadakı beş bölgənin : Afrika, Amerika, Asiya, Avropa və okeanları işarə edir.
Rənglər isə dünyadakı bütün bayraqların ortaq rənglərini təmsil edir.