Oğul atanın yolundan getdi😢🥀❗

gulu1096
Oğul atanın yolundan getdi😢🥀❗
foto

*Dünən saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu bu gün Beyləqan rayonu Qəhramanlı kəndində dəfn edilib.*


Şəhid Fərmanın atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhiddir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. T. Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn edilib.


Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.

Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

*Allah rəhmət eləsin 🥀🖤*