nyuton qanunları. nyutonun birinci qanunu

trkn
Klas mexanika dinamika və kinematika kimi iki bölməyə ayrılır. Kinematika bəhsində hərəkətin növləri, hər hərəkət növünün qanunauyğunluqlarını və onların kinematik hərəkət tənliklərini öyrənirik,lakin hərəkin səbəbi öyrənilmir. Yəni hərəkətin niyə əyrixətli, niyə dəyişənsürətli və s. olması məsələrinə toxunulmur. Dinamika isə hərəkəti onu dəyişdirən səbəblə birlikdə öyrənir. Dinamikanın əsasını Nyutonun üç qanunu təşkil edir. Nyutonun birinci qanunu aşağıdakı kimi ifadə olunur.
Cismə başqa cisimlər təsir etmirsə, və ya ona edilən təsirlər bir-birini tarazlaşdırırsa o sükunət və yaxud düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Nyutonun birinci qanununun ödəndiyi hesablama sistemləri ətalət (inersial) hesablama sistemləri adlanır.
Yerə nəzərən sükunətdə olan və ya düzxətli bərabərsürətli hərəkət edən cisimlə bağlı sistemi ətalət hesablama sistemi hesab etmək olar.
Cismə başqa cisimlərin təsiri olmadıqda sürətini saxlaması hadisəsinə ətalət deyilir. Ətalət hərəkət sabəbi deyil, cismin öz xassəsidir.