Ömrümün gül açan baharı gəldi,
Pərişan sən oldun,mən olmadım ki..
İllərin əl çatmaz həsrət oduna,
Alışan sən oldun,mən olmadım ki..
Dünyanı dolaşan izim qayıtdı,
Gəldin ürəyimə yazım qayıtdı...
Özün küsüb getdin,özün qayıtdın,
Barışan sən oldun,mən olmadım ki..
Heç bilmirəm nə deyim bu gəlişə,
Yad olmuşdum hər sevincə,gülüşə..
Bu sevgini dastan edib həmişə,
Danışan sən oldun,mən olmadım ki..
Gülə-gülə yola saldim illəri,
Sənsiz açmaz baharımın gülləri..
Nüsrət deyib gecə-gündüz çölləri,
Dolaşan sən oldun,mən olmadım ki...
Nüsrət Kəsəmənli💜