nümunəvi hekayə

nurlan mamiyev


-- Üç kişi giyotinlə edama məhkum edilir. Bunlardan biri keşiş, biri hakim, biri də fizikaçı idi.
▪️
Edam kürsüsünə ilk keşiş çıxarılır. Başını giyotinin altına yerləşdirirlər və soruşurlar:
-- Son sözün mədir?
Keşiş;
-- Mən Allaha inanıram
O məni qurtaracaq
Allah...Allah...Allah...
▪️
Giyotini endirdikdə keşişin boynuna bir neçə santim qalmış giyotin dayanır
Xalq heyrətlənir və hamı bir ağızdan qışqırır
-- Onu sərbəst buraxın ; Allahı çağırmış və onu qorumuşdur!
Beləcə keşiş edam edilməkdən xilas olur...
▪️
Növbə hakimə gəlir və ondan da soruşurlar:
-- Demək istədiyin son sözün nədir?
Hakim:
--- Mən keşiş kimi Allaha inanmıram. Amma ədalətə güvənirəm
Ədalət...Ədalət...Ədalət...
Giyotini endirirlər və hakimin də boynuna bir neçə santim qalmış dayanır
Xalq yenidən heyrətlənir və bir ağızdan qışqırırlar
-- Ədalət sözünü söylədi, onu sərbəst buraxın!
Və beləcə hakim də boynunun kəsilməsindən xilas olur...
▪️
Növbə fizikaçıya gəlir. Eynən ona da --
-- Son sözünü söylə - deyirlər.
Fizikaçı:
-- Mən nə Allaha inanan keşişəm, nə də ədalətə güvənən bir hakim.
Söyləmək istədiyim isə: Giyotinin ipində bir düyün var və o düyün giyotinin tamamən aşağı enməsinə mane olur.
▪️
Nəzarətçilər giyotini yoxluyurlar və doğrudan da bir düyün olduğunu görürlər. Düyünü açıb təkrar buraxırlar.
Beləcə fizikaçının başı bədənindən ayrılır....
▪️
Cəmiyyətdəki " düyünlər " və problemləri göstərib doğruları söyləmənin acı nəticələri ola bilər