noun

ulker
Noun-isim ,Azerbaycan dilində olduğu kimi ingilis dilində də əşyanın adını bildirir və kim ?,nə?suallarından birinə cavab verir.İsimlər tək və cəm ola bilər .Tək isimlərə singular nouns ,cəm isimlərə plural nouns deyilir.
1.Əgər ismin sonu "s, sh, ch, x" ilə bitərsə "es" artırılır Məs:fox--foxes,bench---benches
2.Qalanları "s" ilə Məs:Pen--pens ,apple---apples
3.samit+o məsələn.tomato-tomatoes, istisna(pianos,kilos,photos,zeros,dynomos,kimonos)
4.sait+o məsələn video---videos
5.samit+y məsələn city---cities artıq burada ies şəklində cəmlənir
6.sait+y məsələn day ---days
7.f ve fe ilə bitənlər məsələn wife---wives ,shelf---shelves istisna(chiefs ,beliefs,proofs,gulfs,roofs,briefs,handkerchiefs,safes,reefs)
8.ff meselen---cliff-cliffs
Və ingilis dilində bəzi topluluq bildirən isimlər var (police ,gentry ,poultry ,cattle ,personnel) bu isimlər cəm isimlərdir .Bununla yanaşı cəmlənmə zamanı kökdən dəyişən isimlərdə var.Bu isimlərə s yada başqa şəkilçi artırmaq olmaz.Bunlardır.Man --men,woman--women,mouse--mice,louse-lice ,goose-geese,tooth-teeth ,foot-feet ,ox--oxen ,child--children
Təki və cəmi eyni olan isimlər:deer,sheep,swine,fish.Yəni bu isimlər həm tək həm cəm ola bilər.Fərqləndirmək üçün cümləyə baxmaq lazımdır.Bununla yanaşı həmişə cəmdə olan isimlərdə var.Məsələn: trousers,pyjamas ,jeans,shoes,clothes,spectacles,glasses,stairs,riches,tongs,scales,goods,greens Və s.Bu isimləri təkdə işlətmək üçün "a pair of" ifadəsindən istifade etmək lazımdır məsələn a pair of trousers
Mürəkkəb isimlərdə cəm şəkilçisi əsas kökə artırılır yəni,mother -in-law sözünə cəm şəkilçisi artıran zaman onu mother sözünə aetırmaq lazımdır yənii ,mothers-in -law şəklində.(german ,norman , roman ) istisna
İsimlər sayıla bilən countable və sayıla bilməyən uncountable olurlar.Sayıla bilənlər many sayıla bilməyənlər much sualına cavab verir .Əksər isimlərin həç sayıla bilən həm sayıla bilməyən forması var.Məsələn room sözü otaq mənasında sayılır boş yer mənasında sayılmır .Paper sözü qəzet mənasında sayılır kağız mənasında sayılmır .Glass sözü stəkan mənasında sayılır ,şüşə mənasında sayılmır Time dəfə mənasında sayılır ,vaxt mənasında isə sayılmır .Countable isimlər cəmlənə bilir ancaq uncountablr isimlət cəmlənmir .Countable isimlərin təki cəmi olduğu halda uncountable isimlər ancaq təki olur .Countablr isimlər "a,an"artikli qəbul edir amma uncountable isimlər qəbul etmir.Uncountablr isimlərə nələr aiddir?.Maye məs:milk ,tea və s,Bərk cisimlər məs:mud, coal,ice ,Toz kimi:sugar,flour ,dust,mücərrəd:charity,experience ,hisslər :anger,trust,fame,Təbiət hadisəsi:fog,fire ,rain ,Oyunlar:chess ,dominoes .Bundan əlavə xəstəlik,material,oyun ,idman,elm adları hansı ki(ics suffixi ilə bitir) və fənn adları uncountable sayılır .
Bunlar COUNTABLE dir(cloud,impression,pear,pea,storm,idea,sound,job,lyric)
Uncountable isimləri saymaq üçün önünə numerativ sözlər artırılır .a/an +numerativ+of +uncountable noun.Məsələn:a slice of bread .Bread söze sayıla bilmir və biz numerativ söz əlavə etməklə saya bilirik birada numerativ söz slice dir.Başqa bir nümunə a bottle of oil.Burada bottle numerativ sözdür.İsimə s artıranda cəmlənir ,felə s artıranda təklənir. Am ,is,are,was,were,have,has feillerinden sonu "s" ile bitenler tekdedir.
Common və Proper nouns isə umumi və xususi isimlərdir.Məsələn Mary sözü insan adı olduğuna görə xüsusi yəni Proper noundur.İsimlər 3 cür olur simple ,derivative bə compound.Sadə düzəltmə mürəkkəb.Düzəltmə isimlər suffix və prefix lər ilə düzlər prefix ön şəkilçidir.Misal üçün:co, ex ,super,mono,hypo,di,self,bi ,macro və s məsələn.Co-operation ya da macroeconomy.Suffixlərə misal olaraq:dom ,ment,ness,ship,age,ion,ance,ess,ics ,ing ,th,al,ant və s məsələn:happy sözü sifətdir mənası xoşbəxt deməkdir."ness" əlavə etdikdə o isim olur yəni xoşbəxtlik.