nostalji anlayışı

nurlan mamiyev
​​“Nostalji” anlayışından ilk dəfə 1688-ci ildə isveçrəli həkim Yohannes Hofer öz dissertasiyasında istifadə edib. “Nostalji” sözü yunanca “νόστος” (evə qayıdış) və “ἄλγος” (ağrı) sözlərindən yaradılıb. Deməli, nostalji “ağrının qayıdışı” deməkdir. Bu elə bir ağrıdır ki, gəldiyin yer üçün darıxmaqdan yaranır.

Hofner nostaljini nevroloji xəstəlik kimi başa düşürdü. Onun psixoloji və fizioloji simptomlarını ayırd edirdi. Bunlar daimi ev üçün darıxmaq, narahatlıq, tezləşmiş ürək döyüntüsü, səbəbsiz ağlama halları, anoreksiya, yuxusuzluq, baş gicəllənməsi və s. idi.

Nostaljiyə həm də “İsveçrə xəstəliyi” (Schweizerheimweh) deyirdilər, çünki ən çox isveçrəlilərdə yarandığına inanılırdı. İsveçrəli muzdlu əsgərlər öz dağlıq vətənlərini tərk edərək, Avropanın digər yerlərində yaşayırdılar və qoyub getdikləri evləri üçün darıxırdılar.

19-cu əsrdə isə nostalji nevroloji xəstəlik kimi nəzərdə tutulmurdu. Nostalji artıq burada melanxoliya və depressiyanın simptomu və ya komponenti olaraq görülürdü və intihara aparan bir hal kimi müəyyən edilirdi.

20-ci əsrin əvvəllərində isə ona psixoloji pozuntu kimi baxılırdı: vətən və ya gəldiyin torpaq üçün darıxmaq, natamamlıq, itirmə, tənhalıq və hətta miqrant psixozu kimi.

Yalnız 20-ci əsrin sonlarında nostalji anlayışına müsbət məna yükləndi və “keçmiş üçün sentimental darıxmaq hissi” mənasını qazandı.

Entry hakkında yorumlar

Bu başlıqdakı paylaşımları gör