nobel sülh mükafatçısı malal yousifzai kimdir

aysun asgarova
2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Swat vadisini ələ keçirdi. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərdi. Televizor, film, qadağan edildi, qadınların yanında kişi olmadan küçəyə çıxmasına qadağa qoyuldu, qız uşaqlarının məktəbə getməsinə qadağa qoyuldu. 2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi. 2012-ci ildə, 14 yaşında ikən məktəbdən evə qayıdanda üzündən vuruldu. Maskalı Taliban əsgəri əlində silahla avtobusa minib, “Malalanın kim olduğunu deməsəniz, hamınızı öldürəcəm!” dedi. Malala özünü təqdim etdi və adam qızı digər sərnişinlərin gözü önündə vurdu. Malala komaya girdi, az qalsın öləcəkdi… Əgər Malala, həyatda qalsa, Taliban həm qızı, həm də atanı öldürəcəyini açıqladı. Amma Malala hələ də həyatdadır. Müsəlman ölkələrindəki şiddət və təzyiqdən danışır. Kitabları ən çox satılanlar siyahısındadır və 2014-cü ildə çabaları sayəsində Nobel Sülh Mükafatına layiq görülüb. Üzündən vurulması, ona əvvəlkindən daha çox cəsarət verdi və təbii ki, izləyənlərinin sayını artırdı. Qeyd edək ki, 2015-ci ildə Məlalə suriyalı qaçqın qızlar üçün Livanda məktəb açdırıb. Bir bacısı və iki balaca qardaşı olan Məlalə yaratdığı fond (malalafund.org) vasitəsilə ehtiyacı olan qızlara təhsil almaları üçün yardım göstərir. Malala, “mənim əlimdən gələn bir şey yoxdur”, “başqa seçimim yoxdur” deyərək, edilən təzyiqlərə boyun əyib, təhsildən boyun qaçıra bilərdi, amma tam əksini seçdi.