Nəriman Həsənzadə 💜 şeirləri

gulu1096
🌟Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.

Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu - heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.

Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.

✍🏻Nəriman Həsənzadə

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör