✍🏻 Nəriman Həsənzadə💜şeirləri

gulu1096
"Nərdivan"

Bu dünya nərdivandır,
Qalxanda mehribandır,
Enəndə nə yamandır.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına,
Qaldırırdı nərdivan,
Məni xatirələrə,
Endirirdi bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana.
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.
O da enə bilməzdi,
Haqlı,haqsız vermişdi,
Öhökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.

✍🏻 Nəriman Həsənzadə.