necə yaxşı dost ola bilərsən

nurlan mamiyev
Həyatda heç bir şey mütləq deyil. Planlar qurarıq, amma sonra bir iş çıxa bilər, maraqlanmalı olduğumuz vəziyyətlər yarana bilər və planlarımızı ləğv edə bilərik. Lakin əvvəldən bir plana qoşulmaq istəmirsinizsə, bunu əvvəlcədən deməlisiniz. Sonradan bəhanə tapıb ləğv etmək kimi bir fikriniz varsa, elə əvvəlcədən plana "bəli" deməyin. Əks halda, bu həddən artıq kobud bir hərəkət olar.

Dostlar arasında açıq və dürüst ünsiyyət son dərəcə vacibdir. Ürəyiniz istəmədiyi üçün hər hansı bir yerə getmək istəmirsinizsə, bunu açıq şəkildə dostunuzla bölüşə bilərsiniz. Bu barədə narahat olmaq lazım deyil. Əmin olun ki, əvvəlcə "bəli" demək və sonra planları ləğv etmək qarşı tərəfi daha çox məyus edər.

✅Necə daha yaxşı dost ola bilərsən?✅

Dərhal cavab vermək istəyinizlə mübarizə aparın. Psixoloq və dostluq mütəxəssisi İren S. Levin (Irene S. Levine) deyir ki, bir plana qoşulmaq istədiyinizdən əmin deyilsinizsə, bir az düşünüb sonra onlara qayıtmalısınız. Bu problem meydana gətirməz.

Həm də unutmayın ki, dostunuzun soruşduğu hər şeyi qəbul etmək məcburiyyətində deyilsiniz.

Levin “Əgər onları rədd etməli olsanız, bunu sizə güvəndikləri son dəqiqədə yox, əvvəldə edin. Yalnız yerinə yetirə biləcəyiniz öhdəliklər götürün", - deyir.

©️ TƏRCÜMƏ "KARNEGİKLUB"-A MƏXSUSDUR
necə yaxşı dost ola bilərsən
foto