nağara

admin
nağara
foto

Nağara Azərbaycana məxsus xalq çalğı alətidir. Nağara silindr şəklində olub, enli sağanaqdan ibarətdir. Nağaranın müxtəlif növləri olur: böyük nağara, kiçik (cürə) nağara, qoltuq nağara və s. Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür.